Icma.az
close
up
RU
İsrail xüsusi xidmət orqanları İranın 200dən çox kiberhücumunu qeydə alıb

İsrail xüsusi xidmət orqanları İranın 200dən çox kiberhücumunu qeydə alıb

İsrail Ümumi Təhlükəsizlik Xidməti İranı yüksəkrütbəli İsrail siyasətçilərinə, hərbi xadimlərinə və alimlərə qarşı 200-dən çox haker hücumu həyata keçirməkdə ittiham edib.

Oxu.Az bu barədə "The Times of Israel"ə istinadən xəbər verir.

Məlumata görə, hakerlər "fişinq hücumları" adlanan üsuldan istifadə ediblər - bu, digər xidmətlər kimi maskalanmış zərərli linklərin göndərilməsi vasitəsilə qarşı tərəfdən məxfi məlumatların əldə edilməsi üsuludur. Xüsusi xidmət orqanlarının bildirdiyinə görə, hücumlar elektron poçt, "WhatsApp" və "Telegram" mesencerləri vasitəsilə həyata keçirilib. Hakerlər bu yolla qurbanların cihazlarına istifadəçinin ev ünvanını və hərəkətlərini ötürən zərərli proqram təminatı yükləməyə çalışıblar.

seeBaxış sayı:72
embedMənbə:https://oxu.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri