İsrail yenə atəşkəsi pozdu: Qəzzanı bombaladı Ölənlər arasında uşaqlar da var
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
İsrail oedusu yenidən Qəzza zolağında yerləşən bir sıra hədəflərə qarşı hava zərbələri endirib. Bu, israilli hərbçilərə hücum edildiyinə dair iddialar yayılandan sonra baş verib.
İsrail ordusu hava hücumlarının əsasən Qəzzanın cənub və mərkəzi hissəsində yerləşən silah anbarlarına, yeraltı tunellərə qarşı yönəldiyini iddia edib.
Ancaq yenə mülki əhalinin yaşadığı yerləri bombalayıb. Fələstin dövlət orqanlarının bildirdiyinə görə, hava zərbələri nəticəsində azı 18, bəzi məlumatlara əsasən isə 29 nəfər həyatını itirib. Ölənlər arasında qadın və uşaqların da olduğu qeyd olunur.
Hadisələr fonunda İsrail Qəzza zolağına humanitar yardımın çatdırılmasını müvəqqəti dayandırıb. Bu qərar İsrail ilə HƏMAS arasında əldə olunmuş atəşkəs rejiminin pozulması ilə bağlı yayılan xəbərlərdən sonra verilib.
Eyni zamanda, Qəzzanı Misirlə birləşdirən Rəfah keçid məntəqəsi də bağlı olaraq qalır. Rəsmi mənbələr bildirir ki, keçidin yenidən açılması gələn həftənin əvvəlində tərəflərin razılaşmaya sadiqliyindən asılı olaraq nəzərdən keçiriləcək.
"AzPolitika.info"


