İsrail yeni əməliyyat siqnalı verdi Ordu fələstinlilərdən təcili bölgəni tərk etməyi tələb edib
Icma.az, Mia.az portalına istinadən məlumat yayır.
İsrail ordusu Qəzza zolağının şiddətli hücumlar etdiyi şimaldakı fələstinlilərdən təcili yaşadıqları evlərindən anklavın qərbinə doğru köçməyi tələb edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail Ordusunun sözçüsü Aviçay Adraee X sosial media platformasındakı rəsmi səhifəsində xəbərdarlıq paylaşıb.
O, Qəzza zolağının şimalındakı iki şəhərin 5 məhəlləsində yeni əməliyyata hazırlıq getdiyini bildirib: "İsrail ordusu əl-Atatira, Cibaliya əl-Balad, əş-Şucayya, əd-Derec və əl-Zeytun məhəllələrində əməliyyatı dərinləşdiriəcək. Bu səbəbdən orada yaşayan fəstinlilərə dərhal bu əraziləri boşaltmağı və qərbə doğru hərəkət etməyi əmr edirik".
Xəbərdə deyilir ki, İsrail ordusu bundan əvvəl Qəzzanı daimi olaraq işğal etmək üçün "Gideon Arabaları" adlı qurudan hücuma başladığını elan edib.
Zülfiyyə Mustafayeva
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 30 May 2025 08:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















