Icma.az
close
up
RU
İsrail zərbələri: İran Fars körfəzində ixracı kəskin artırdı

İsrail zərbələri: İran Fars körfəzində ixracı kəskin artırdı

Axar.az saytına istinadən Icma.az xəbər verir.

İran İsrailin ehtiyatlarını məhv etməmiş, hasil etdiyi nefti təcili şəkildə ixrac etməyə çalışır.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” nəşri peyk görüntülərinə istinadən yazıb.

Qeyd olunur ki, İran neftinin əsas hissəsi Fars körfəzində yerləşən Xark adasındakı neft terminalı vasitəsilə ixrac olunur. Adada yerləşən anbarlar “üzən” damla təchiz olunub. Anbar neftlə dolduqda dam yuxarı qalxır, boşaldıqda isə aşağı enir.

“11 iyun tarixli peyk görüntülərində demək olar ki, bütün iri anbarların damlarının aşağı vəziyyətdə olduğu – yəni anbarlarda çox az neft qaldığı görünür. Amma 18 iyun tarixli şəkillərdə isə demək olar ki, bütün damların ən yüksək vəziyyətdə olduğu - anbarların tam dolduğu müşahidə olunur”.

Nəşr bu vəziyyəti belə izah edir:

“İran ölkənin daxili bölgələrindən mümkün qədər çox nefti dənizdəki tankerlərə ötürməyə çalışır və Xark adasındakı neft anbarı bu prosesdə aralıq məntəqə rolunu oynayır. Əgər neft okean tankerinə yüklənə bilsə, bu, Tehrana hələ bir müddət maliyyə axınının davam etməsini təmin edəcək.

TankerTrackers.com saytının məlumatına görə, İsrailin İrana zərbələr endirməyə başladığı beş gün ərzində İranın gündəlik neft ixrac həcmi əvvəlki normayla müqayisədə 44% artıb.

Xark adasındakı neft terminalı İsrailin mümkün zərbəsi üçün həssas hədəf olduğundan, neft tanker gəmiləri adaya yaxınlaşmaqdan çəkinirlər. Yalnız onların yüklənmə növbəsi çatanda sürətlə terminala yaxınlaşırlar və orada mümkün qədər az vaxt keçirməyə çalışırlar”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://axar.az
archiveBu xəbər 20 İyun 2025 09:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri