İsraildə döyüşlər başlayandan bəri 140 mənzil zədələnib
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 10 mart, AZƏRTAC
İsraildə hərbi əməliyyatların başlanmasından bu yana ölkə üzrə dövlət mənzil fonduna məxsus təxminən 140 mənzil zədələnib.
AZƏRTAC İsrailin TPS-IL informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Tikinti və Mənzil Nazirliyi məlumat yayıb. Bildirilib ki, fevralın 28-dən baş verən hadisələr nəticəsində zədələnmiş mənzillərdən dördü tamamilə dağılıb, digərləri isə müxtəlif dərəcələrdə zərər görüb.
Nazirlik zərərçəkmiş sakinlərin qısa müddətdə evlərinə qayıtmasını təmin etmək məqsədilə təcili maliyyə vəsaiti ayırıb və bərpa işlərinə başlayıb.
Məlumata görə, artıq təxminən 60 mənzildə yenidənqurma və təmir işlərinə start verilib. Nazirlik sakinlərin bir neçə həftə ərzində evlərinə qaytarılmasının planlaşdırıldığını qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 10 Mart 2026 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















