Icma.az
close
up
RU
İsraildə etirazçılar hakim partiyanın qərargahına giriblər VİDEO

İsraildə etirazçılar hakim partiyanın qərargahına giriblər VİDEO

Icma.az xəbər verir, Azvision saytına əsaslanaraq.

AzVision.az İsrail mediasına istinadən xəbər verir ki, dünən axşam saatlarında Təl-Əvivin mərkəzində hakim “Likud” partiyasının yerli qərargahı yaxınlığında toplaşıblar. Tədbir tarixi bir hadisə ilə üst-üstə düşürdü: 2023-cü il oktyabrın 7-də Həmas yaraqlılarının İsrailə hücumundan sonra Qəzzada başlayan müharibənin 600 günü.
“Netanyahunun girovların azad olunması barədə danışıqlara münasibətinə qarşı çıxan və bütün oğurlananların dərhal burazılmasını tələb edən əleyhdarları özləri ilə gətridikləri projektorun köməyi ilə “Likud” partiyasının binasında Qətərin böyük ölçülü bayrağını nümayiş etdiriblər. Onun üzərində ərəb və ivrit dillərində “Qətərin İsraildəki səfirliyi” sözləri yazılıb”, - “The Times of Israel” qəzeti bildirir.
Bu, İsrailin diplomatik əlaqələri olmayan Qətərin hakim dairələri ilə əlaqədə şübhəli bilinən Netanyahunun köməkçiləri ilə bağlı aparılan istintaqa istinad deməkdir.
Etirazçılar baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyasının binasına bitişik küçələrdə nəqliyyatın hərəkətini kəsərək tonqallar yandırmağa cəhd götəriblər və polislə toqquşma yaşanıb. Bir qrup nümayişçi binanın içərisinə girə bilib və orada barrikada qurmağa cəhd edib.
İğtişaşlara çevrilən aksiyanı qanunsuz elan edən polis bütün etirazçıları zorla küçəyə çıxarıb və mitinqi dağıdıb. Polisin mətbuat xidmətinin məlumatına görə, izdihamın dağıdılması zamanı iki polis əməkdaşı yaralanıb.
İsrail hüquq-mühafizə orqanlarının mətbuat xidməti iğtişaşlar zamanı lentə alınan videonu dərc edib. Buraya nümayişçilərin üç saat ərzində “əldə saxladığı” hakim partiyanın qərargahından qovulduqlarını əks etdirən görüntülər də daxildir.

Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://azvision.az
archiveBu xəbər 29 May 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri