İsraildə hakimiyyət dəyişikliyi bizim üçün əhəmiyyətli deyil
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Münaqişənin sülh yolu ilə həlli ilə bağlı danışıqlar zamanı ərazi mübadiləsi məsələsi qaldırıla bilər".
Bakıvaxtı.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Ukrayna prezidenti Volodimir Zelenskinin ərazi məsələsini yalnız Rusiya prezidenti Vladimir Putinlə müzakirə etmək istəyi ilə bağlı açıqlamasına belə cavab verib.
O, jurnalistlərlə söhbətində qeyd edib ki, "Bütün bu məsələlər, bu və ya digər şəkildə, sülh yolu ilə həll cəhdləri zamanı müzakirə mövzusuna çevrilə bilər. Qarşıda çoxlu sayda detalı əhatə edən çox ciddi müzakirə var".
Peskov əlavə edib ki, Kreml detalları açıq şəkildə müzakirə etmək niyyətində deyil, çünki bu, "potensial gələcək sülh prosesinə" zərər verə bilər.
Bir gün əvvəl Zelenski sülh müqaviləsinin bir hissəsi olaraq Rusiya ilə ərazi mübadiləsi məsələsini yalnız şəxsən Rusiya prezidenti Vladimir Putinlə müzakirə etməyə hazır olduğunu bildirib.
Zelenskinin sözlərinə görə, ABŞ uzun müddətdir ki, ərazi mübadiləsi məsələsini qaldırır. O qeyd edib ki, Kiyev ərazi mübadiləsi niyyətində deyil, lakin məsələni dövlət liderləri səviyyəsində müzakirə etməyə hazırdır. O bildirib ki, digər məsələlər texniki qruplar tərəfindən nəzərdən keçirilə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 26 Oktyabr 2026 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















