Icma.az
close
up
RU
İsraildə İrana casusluq etməkdə ittiham edilən gənc ailənin məhkəməsi başlayıb

İsraildə İrana casusluq etməkdə ittiham edilən gənc ailənin məhkəməsi başlayıb

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tel-Əviv Rayon Məhkəməsində həyat yoldaşları Anna Bernşteyn və Vladislav Viktorsona qarşı casusluq ittihamı üzrə məhkəmə iclası keçirilib.

Bizimyol.info İsrail mətbuatına istinadən xəbər verir ki, onlar xarici agentlə əlaqə saxlamaqda və pul mükafatı üçün dövlətin təhlükəsizliyinə xələl gətirmək məqsədi daşıyan tapşırıqları yerinə yetirməkdə ittiham olunurlar.

İttihamlara qraffiti (divarlara çəkilən rəsmlər) çəkmək, fişənglər almaq, partlayıcı qurğu yaratmağa cəhd etmək və Yarkon parkında avtomobilləri yandırmaq da daxil olmaqla bir sıra təxribatçı əməllərin həyata keçirilməsi daxildir.

İclasda Vladislav Viktorson İranın xeyrinə tapşırıqlar yerinə yetirdiyini bilmədiyini bildirib. O, bunun yalnız qraffiti çəkmək və ya avtomobilləri yandırmaq xahişlərinə əsaslanan casusluq fəaliyyəti olduğunu başa düşə bilmədiyini iddia edib. Qətl planında iştirakı barədə soruşduqda, o, sadəcə olaraq sevgilisi ilə romantik bir axşam keçirmək istədiyini və "Facebook" vasitəsilə pnevmatik silah və plastik güllələr almağa çalışdığını izah edib. Sonda Viktorson ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.

Təqsirləndirilən Annanın atası İqor Bernşteyn məhkəmə zalından kənarda müsahibə verərək: “Artıq üç aydır ki, qızımla əlaqə saxlamıram, onu görməyə və eşitməyə icazəmiz yoxdur. Onun qraffiti çəkdiyini deyirlər, amma kimisə öldürmüş kimi davranırlar. Biz on il əvvəl Ukraynadan İsrailə gəlmişdik və burada həyatımızın bu cür olacağını gözləmirdim. Onunla problemin nə olduğunu başa düşmürəm. Həyat yoldaşım özünü yaxşı hiss etmir, psixoloqlardan müalicə alır, dərmanlar qəbul edir. Qızımın 17 yaşı var, tezliklə 18 yaşı olacaq, əminəm ki, heç nə başa düşmür. Onun iranlılarla danışdığını biləndə şoka düşdüm. Onu həbs edəndə hər şeyi, hətta qara bazarla qarşılaşa biləcəyini düşündüm, amma bunun İranla əlaqəsi olduğunu təsəvvür edə bilməzdim”, - deyə bildirib.

Vladislav Viktorsonun vəkili İqal Dotan məhkəmədə müvəkkilinin həbsxanada zorakılığa məruz qaldığını bildirib. “Onu diz çökdürürlər, alçaldırlar və şəklini çəkirlər”, - deyə qeyd edib.

Hakim Yossi Taof bu ərizələrin baxılması və tədbir görülməsi üçün göndərilməsini tövsiyə edib.

Tərəflərin tələbi ilə iclas təxirə salınıb və yeni tarix fevralın 13-ü saat 09:00-a Təl-Əviv Rayon Məhkəməsində təyin edilib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 01 Yanvar 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see360

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see340

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see333

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see282

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see278

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see252

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see243

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see243

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see240

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see235

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see229

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see225

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see218

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see210

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see209

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see207

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see206

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see204

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri