İsraildə Netanyahu ailəsinin mühafizəsi ilə bağlı qərar təsdiqləndi
Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İsraildə Baş nazir Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahuya ömürlük, oğulları Yair və Avner Netanyahuya isə beş illik dövlət mühafizəsi verilməsi barədə qərar təsdiqlənib.
Turkustan.az xəbər verir ki, İsrailin Kanal 13 televiziyasının məlumatına görə, ədliyyə naziri Yariv Levinin sədrliyi ilə fəaliyyət göstərən və Şin Betə (Şabak) nəzarət edən Nazirlər Komitəsi Netanyahu ailəsinin dövlət mühafizəsi ilə bağlı müraciəti təsdiqləyib.
Məlumata əsasən, Baş nazir Benyamin Netanyahu həyat yoldaşı Sara Netanyahu və oğulları Yair və Avnerə təqdim olunan Şin Bet mühafizəsinin müddətinin uzadılmasını istəyib. Bildirilir ki, İsrailin daxili kəşfiyyat xidməti əvvəlcə bu məsələyə fərqli mövqe sərgiləyib.
Xəbərdə həmçinin qeyd olunur ki, Şin Betin direktoru David Zini sonradan Baş nazirin ailəsinin mühafizəsinin uzadılması ilə bağlı müraciəti dəstəkləyib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 17 İyul 2026 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















