Icma.az
close
up
RU
İsraildə qalmaqal: məxfi materialları kim sızdırıb?

İsraildə qalmaqal: məxfi materialları kim sızdırıb?

Icma.az bildirir, Reyting.az portalına istinadən.


İsrailin Baş Təhlükəsizlik Xidməti (“Şin Bet”) hərbi kəşfiyyat arxivlərindən məxfi sənədlərin sızması ilə bağlı araşdırma aparır. Onların “çıxarışları”nın mediada dərci HƏMAS-la girovların azad edilməsi ilə bağlı danışıqları poza bilər. Bu işdə əsas intriqa sızmaların icazə verildiyi səviyyədədir. Diqqət Qəzza zolağındakı siyasəti əsaslandırmaq üçün sızdırılmış sənədlərə istinad edən baş nazir Benyamin Netanyahuya yönəlib. Şübhəlilərdən biri baş nazir aparatının nümayəndəsidir.
Reyting.az
xəbər verir ki, bu barədə “Nezavisimaya qazeta” yazıb.
Rusiya nəşrinin təhlilində qeyd olunur ki, sızma işi ilə bağlı beşinci şübhəli ortaya çıxıb: Bu, İsrail ordusunun (IDF) zabitidir.
“Şin Bet”in diqqəti Qəzzada əldə edilən məlumatların məxfiliyinə cavabdeh olan bütöv bir qrup hərbi kəşfiyyatçıya yönəlib.
Kəşfiyyat xidmətləri hələ sentyabr ayında Britaniyanın həftəlik “Jewish Chronicle” və Almaniyanın “Bild” tabloidində “HƏMAS-ın hərbi strategiyası”ndan çıxarışların dərcindən sonra araşdırmaya başlayıb. Həmin nəşrlərin istinad etdiyi sənəddə göstərilir ki, Fələstin qrupu başqa şeylərlə yanaşı, “İsraildə qeyri-sabitlik səpmək və düşmən hökumətinə daxili siyasi təzyiqi artırmaq” üçün israilli girovların ailələrinə psixoloji təzyiq göstərməyə çalışıb. HƏMAS strateqləri, dərc edilmiş sənədə görə, məhbusların qohumlarının “öz hökumətlərinə qarşı çıxmaq mənasına gəlsə belə, yaxınlarının azad edilməsi üçün hər şeyi etməyə hazır olduqlarını” təmin ediblər.
“HƏMAS strategiyası” girovların taleyi ətrafında ayrıca mənzərə yaradır. “Jewish Chronicle” jurnalı sənədə istinad edərək, HƏMAS elitasının əsir götürülmüş israilliləri Misirə, oradan isə Yəmənə və İrana köçürmək niyyətini bildirib. Bu məlumatlara görə, qruplaşmanın hərbi rəhbərliyi nəqliyyat üçün Filadelfiya dəhlizindən - Qəzza ilə Misir arasındakı sərhəd ərazisinin bir hissəsindən istifadə etmək istəyib, IDF-nin məlumatına görə, ənənəvi olaraq bu dəhliz silah və partlayıcı maddələrin daşınması üçün istifadə olunub.
Bu cür sızıntılar Netanyahuya nəinki bu ilin may ayında İsrail ordusunun nəzarətə götürdüyü Filadelfiya dəhlizinə nəzarəti saxlamağı açıq şəkildə müdafiə etmək, həm də girovların azadlığını tələb edən etirazçıları HƏMAS liderləri ilə “bir yerdə oynamaqda” ittiham etmək imkanı verib.
“İsrail vətəndaşlarının böyük əksəriyyəti HƏMAS tələsinə düşməyəcək. Onlar başa düşürlər ki, müharibənin məqsədlərinə çatmaqda - HƏMAS-ı məhv etmək, bütün girovları geri qaytarmaq, Qəzzanın artıq İsrail üçün təhlükə yaratmamasını təmin etmək, şimal və cənubdakı sakinləri təhlükəsiz şəkildə öz evlərinə qaytarmağa sadiqik”, - deyə baş nazir hökumətin iclaslarından birində vurğulayıb.
Bununla belə, “Şin Bet” sənədin sızdırılmasını təşkil edənin Netanyahunun ofisi olduğunu fərz etməyə başlayıb. Noyabrın 5-də həbs müddəti uzadılan şübhəlilərdən birinin adı bu həftə açıqlanıb. Bu barədə baş nazirin mətbuat katibi Elie Feldstein məlumat verib. Belə bir fərziyyə var ki, Feldstein məxfi məlumatlara lazımi səviyyədə çıxışı olmayan yüksək məxfi sənədləri hərbi kəşfiyyat arxivindən qanunsuz olaraq çıxarıb.
Feldstein bir vaxtlar hətta məxfi məlumatlara daxil olmaq hüququ üçün ixtisaslaşmış strukturların yoxlanışından belə keçə bilməyib. Bununla belə, bir il yarım ərzində o, buna baxmayaraq, Netanyahuya məsləhətçi kimi xidmət edib və gizli müzakirələrdə iştirakçı olub.
“Haaretz” mənbəsi bildirib ki, şübhəlinin işi və baş nazirlikdəki hərəkətləri “öz şərhinə görə, yalnız ideoloji və sionist motivlərlə diktə edilib”. Bununla belə, “Yedioth Ahronoth” hadisəni “geniş, zərərli, koordinasiyalı və çox mürəkkəb təsir əməliyyatı” adlandırır.
“Şin Bet” indi Qəzza zolağının tunellərində tapılan sənədlərin yayılmasının milli təhlükəsizliyə nə dərəcədə zərər vurduğunu müəyyən etməyə çalışır. Netanyahu HƏMAS-ın girovların ailələrinə təzyiqi artırmağa çalışdığını iddia edən mesajın "yalnız girovların qaytarılması səylərinə kömək etdiyini" və "onlara zərər vermədiyini" müdafiə edib. Bununla belə, kəşfiyyat ictimaiyyətinin vəziyyətə fərqli baxışı ola bilər.
IDF, öz növbəsində, mediaya sızan sənədin öldürülən qruplaşma lideri Yəhya Sinvarın birbaşa göstərişi olmadığını vurğulayır. Bu, sadəcə olaraq, HƏMAS-ın orta səviyyəli komandirinin mülahizirəsidir, - deyə hərbçilər vurğulayırlar. Eyni zamanda, onların fikrincə, sızmaların təşəbbüskarı sənədin mətni ilə “bəzi manipulyasiyalar” həyata keçirib, görünür, bu, Netanyahunun dediklərinə uyğundur.
Məhbusların azad edilməsini və Qəzzada əməliyyatın dondurulmasını müdafiə edən İsrail Girov Ailələri Forumu artıq “HƏMAS strategiyası” materialındakı bütün şübhəlilərin hərtərəfli araşdırılmasına çağırıb.
Y. QACAR

Ana səhifəyə dön


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://reyting.az
archiveBu xəbər 06 Noyabr 2024 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri