Icma.az
close
up
RU
İsraildə şübhələr qalarsa, İrandakı obyektlərə yeni zərbələr endirəcək Hərbi ekspert

İsraildə şübhələr qalarsa, İrandakı obyektlərə yeni zərbələr endirəcək Hərbi ekspert

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Bildiyimiz kimi, ötən gecə İsrail və İran arasında atəşkəslə bağlı razılıq əldə olunub.

İndi çoxlarını düşündürən odur ki, İran bundan sonra uranın zənginləşdirilməsini davam etdirəcəkmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında hərbi ekspert Azad İsazadə bildirdi ki, İranla İsrail arasında atəşkəslə bağlı razılıq əldə olunub, lakin bu gün heç kim əminliklə deyə bilməz ki, gələcəkdə nə baş verəcək:

"Hələ də məlum deyil ki, ABŞ nüvə silahı istehsalı ilə əlaqəli bölgələrə hansı miqyasda zərbələr endirib. ABŞ rəsmiləri bu obyektlərin məhv edildiyini iddia etsələr də, hələlik bu barədə konkret sübutlar təqdim olunmayıb.

Buna görə də ehtimal olunur ki, atəşkəs işləməyə başlaya bilər. Lakin mənim fikrimcə, İsrailin kəşfiyyat orqanları bu məsələni daha dərindən araşdırmağa çalışacaqlar, yəni İranda real nüvə istehsalı hansı səviyyədə qalır, bunu müəyyənləşdirməyə çalışacaqlar. Bundan sonra atəşkəsin davamlı olub-olmayacağı ilə bağlı daha dəqiq fikir yürütmək mümkün olacaq".

Ekspert qeyd etdi ki, İsraildə şübhələr qalarsa, istisna edilmir ki, onlar hələ də mövcud olan obyektlərə yeni zərbələr endirsinlər. 

"Bu məsələnin dəqiq nəticələri bir neçə gün ərzində aydın olacaq.

Digər tərəfdən, əgər İran öz ərazisinə beynəlxalq komissiyanın daxil olmasına icazə versə və bu komissiya nüvə silahının istehsalı ilə bağlı obyektlərdə araşdırmalara başlasa, o zaman real atəşkəsin əldə olunduğunu demək mümkün olacaq", - deyə Azad İsazadə vurğuladı.

Xədicə BAXIŞLI 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 İyun 2025 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri