İsraildə Ümummilli Liderin xatirəsi anılıb
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 8 may, AZƏRTAC
Azərbaycanın İsraildəki səfirliyində Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbir keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, səfir Muxtar Məmmədov tədbirdə çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin qorunub saxlanması uğrunda apardığı müdrik siyasət və misilsiz işlər haqqında danışıb, iqtisadi, təhsil, sosial və mədəni sahələrdə görülmüş böyük işləri, gənclərə və təhsilə diqqəti xüsusi vurğulayıb.
Tədbirdə Heydər Əliyevin təşəbbüsü nəticəsində şəhərsalma və memarlıq sahəsində Azərbaycanda görülmüş işlər barədə videoçarx nümayiş etdirilib.
Sonda qonaqlara bu ay ölkəmizin ev sahibiliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) haqqında məlumat verilib.
Baxış sayı:135
Bu xəbər 08 May 2026 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















