İsraildən ABŞ yə “907 ci düzəliş” TƏLƏBİ: “Bəzi dövrlərdə bu qərarın dondurulması prosesi…”
Yenicag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“İsrailin tələbi ilə 907-ci düzəliş ləğv olunsa, Tel-Əvivin Vaşinqtona təsiri açıq-aydın müşahidə ediləcək”.
Bunu ABŞ-nin Azərbaycana qarşı 907-ci düzəlişinin ləğvi ilə bağlı İsrailin qaldırdığı tələb barədə danışan politoloq İlyas Hüseynov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, burada müəyyən siyasi məqamlar mövcuddur:
“SSRİ dağıldıqdan sonra post-sovet ölkələrinə humanitar yardımla bağlı ABŞ-də fəaliyyət icra olundu. Azərbaycan isə erməni lobbisinin təsiri ilə bu humanitar yardımdan məhrum oldu. Eyni zamanda, iqtisadi zərbə aldı.
11 sentyabrda ABŞ-də baş verən terror hadisəsindən sonra Bakı antiterror əməliyyatlarında Vaşinqtonla çiyin-çiyinə oldu. Beləliklə, bəzi dövrlərdə bu qərarın dondurulması prosesi baş verirdi.
ABŞ-də effektivliyin artırılması və xəzinənin optimallaşdırılması istiqamətində işlər həyata keçirilərkən 907-ci düzəlişə heç bir lüzum olmaması vurğulanır. Maraqlıdır ki, bunu İsrail dövləti tələb edir.
Burada müəyyən siyasi məqamlar mövcuddur. İsrail ABŞ-nin büdcəsi barədə düşüncələrini bölüşür. Çünki hazırda həyata keçirdiyi müharibəyə maliyyə yardımı istəyir. ABŞ isə hakimiyyətdə kimin olmasından asılı olmayaraq, İsrailin maraqlarına uyğun addım atır. İndi isə əgər İsrailin tələbi ilə 907-ci düzəliş ləğv olunsa, Tel-Əvivin Vaşinqtona təsiri açıq-aydın müşahidə ediləcək”.
Nəsimi Ələsgərli
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 12 Mart 2025 00:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















