İsraildən şok bəyanat: Bu ərazini tamamilə işğal etməliyik
Icma.az, Publika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotriç rəhbərlik etdiyi Dini Sionizm Partiyasının iclasında Fələstinlə bağlı şok açıqlamalar verib.
Publika.az xəbər verir ki, bu barədə İsrail mətbuatında bildirilib.
Məlumata görə, Smotriç HƏMAS-ı israilli əsirləri azad etməyə məcbur etmək üçün Qəzzanın şimalının tamamilə işğal edilməsi lazım olduğunu müdafiə edib: “Girovları geri qaytarmaq üçün Qəzzanın şimalını tamamilə işğal etməliyik. HƏMAS-a deməliyik ki, girovları geri qaytarmasalar, biz həmişəlik orada olacağıq və bu, Qəzzanın üçdə birinə başa gələcək”.
Nazir HƏMAS-a qarşı mübarizənin davam etdirilməsi lazım olduğunu bildirib:
"HƏMAS ilə müharibəni bitirmək üçün razılığa gəlmək təslim olmaq və məğlub olmaq deməkdir. HƏMAS aradan qaldırılana və təslim olmaq üçün razılıq əldə olunana qədər davam edəcəyik. Düşmənlərimiz məhv edilməyincə və İsrail Dövlətinin təhlükəsizliyi tam təmin olunmayana qədər dayanmayacağıq”.
Roza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 19 Noyabr 2024 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















