İsraildən ŞOK HƏDƏ: “Tehranı azad edəcəyik” KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat verir.
İsrailin müdafiə naziri İsrael Kats yəhudi Yeni ili (Roş ha-Şana) bayramı ərəfəsində İranda yaşayan yəhudi icmasına müraciət edərək gələn il Tehrandakı vəziyyətin kökündən dəyişə biləcəyini bildirib.
KONKRET.az xəbər verir ki, İsrail müdafiə idarəsinin rəhbəri gələn il Tehranda zülm və tiraniydən azad olacaqlarını bəyan edib.
Eyni zamanda, Kats İran rəhbərliyinə sərt xəbərdarlıq ünvanlayaraq, İsrailə istənilən səbəbdən və istənilən yerdən olacaq hər hansı hücumun miqyaslı və dağıdıcı cavabla qarşılaşacağını vurğulayıb. Nazir hədələyib ki, yeni hücum olacağı təqdirdə İsrail İrannın əsas energetika obyektlərinə zərbələr endirəcək.
“Belə bir zərbə İranı onilliklər geri atacaq”, – deyə nazir qeyd edib və əlavə edib ki, bu, ölkədə hakimiyyətdə olan rejimə təzyiqi əhəmiyyətli dərəcədə gücləndirəcək.
Müşviq Tofiqoğlu,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 10 Sentyabr 2026 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















