İsraildən Türkiyəyə şok təhdid: Türk əsgəri Qəzzaya girsə…
Icma.az bildirir, News24 portalına istinadən.
İsrailli ekspert Gallia Lindenstrauss Türkiyənin Qəzzanın yenidən qurulmasında artan rolunu strateji təhlükə kimi qiymətləndirib və Ankara bölgəyə hərbi qüvvə göndərərsə, yeni bir Mavi Mərmərə hadisəsinin baş verə biləcəyi barədə xəbərdarlıq edib.
News24.az-ın məlumatına görə, İsrail Milli Təhlükəsizlik İnstitutunun tədqiqatçısı və Türkiyə üzrə ekspert Gallia Lindenstrauss İsraildə yayımlanan "i24 News" telekanalına açıqlamasında bildirib ki, Türkiyənin Qəzzada təsirinin artması Təl-Əvivdə ciddi narahatlıq doğurur.
“Türkiyə HAMAS üzərində müəyyən təsirini saxlayır, lakin Qəzza ilə bağlı mövqeyini dəyişmir. Atəşkəsin tətbiqi və yenidənqurma prosesində Ankaranın iştirakı İsrail üçün kritik risk yaradır", – deyə Lindenstrauss vurğulayıb.
Ekspert həmçinin qeyd edib ki, Fələstin Administrasiyasının müharibə prosesindən kənarda qalması Türkiyə və Qətər kimi ölkələrin bölgədəki təsirini daha da artırır. Onun sözlərinə görə, bu vəziyyət İsrail üçün strateji təzyiq formalaşdırır.
Aqil Qarayev

