İsrailə İranla münaqişədən dəyən zərər ən azı 3 milyard dollardır
Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İranla son silahlı qarşıdurma nəticəsində İsrailə dəyən ziyan təxminən 3 milyard dollar təşkil edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi İsrail Maliyyə Nazirliyi və Vergilər İdarəsinin hesablamalarına istinadla məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, bu məbləğ atəş zamanı zədələnmiş mülki infrastrukturun bərpası, eləcə də, zərər çəkmiş bizneslərin kompensasiyası xərclərini əhatə edir.
Bununla belə, hesablamaya münaqişədə istifadə olunan silah və hava hücumundan müdafiə sistemlərinin ehtiyatlarının artırılması xərcləri daxil deyil.
“Bu, görünməmiş bir hadisədir - İsrail indiyə qədər heç vaxt belə miqyasda zərərlə üzləşməyib”, - Vergi İdarəsinin direktoru Şay Aaronoviç bildirib.
Bu mövzuda digər xəbərlər:Limandakı partlayışa görə İranın itkisi ən azı 3 5 milyard dollardır
05 May 2025 17:18
İsrailə dəyən zərər açıqlanıb Bu, son rəqəm qədər deyil…
26 İyun 2025 20:30
Raket zərbələri İsrailə neçə milyard zərər vurub?
26 İyun 2025 18:20
Husilər İranla koordinasiyalı şəkildə İsrailə hipersəsli raketlər atıblar
15 İyun 2025 11:25
Rusiyanın İranla bağlı təklifi İsrailə nə vəd edir?
18 İyun 2025 12:55
Baxış sayı:47
Bu xəbər 27 İyun 2025 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















