Icma.az
close
up
RU
İsrailin addımları artıq bütün dünyada narahatlıq yaradıb ŞƏRH

İsrailin addımları artıq bütün dünyada narahatlıq yaradıb ŞƏRH

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani İsrailin Dohada HƏMAS rəhbərlərinə qarşı həyata keçirdiyi hücuma cavab veriləcəyini bildirib.

Redaktor.az-a danışan siyasi şərhçi Çingiz Şahbazi bildirdi ki, İsrailin sentyabrın 9-da Qətərin paytaxtı Dohada HƏMAS-ın siyasi bürosuna qarşı həyata keçirdiyi hərbi əməliyyat dünyada birmənalı şəkildə qınandı və bu hadisə ərəb ölkələri arasında haqlı olaraq narahatlıq doğurdu.

"Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Qasım Al Taninin İsrailin hücumuna cavab veriləcəyini xüsusi olaraq qeyd etməsi, əslində belə bir situasiyada hər bir ölkə kimi onun da ölkəsinin təhlükəsizliyi baxımından belə bir qərar qəbul etməkdə haqlı olduğunu göstərir. Əslində verilən bəyanat tamamilə yerindədir və arxasında ölkənin müdafiəsi ilə bağlı təhlükəsizlik məsələlərində baş verən nöqsanlardan qaynaqlanan, ölkə vətəndaşları ilə yanaşı ölkəyə daxil olan turistlər arasında yaranan qorxunu və ölkədə fəaliyyət göstərən xarici investorların, şirkətlərin fəaliyyətinə təsiri aradan qaldırmaq məqsədi dayanır. İsrailin son iki ildə bu kimi addımları artıq bütün dünyada narahatlıq yaradıb və bu səbəbdən İsrail siyasi, iqtisadi platformalarda hər gün nüfuzunu itirməkdədir".

Siyasi şərhçi bildirdi ki, Qətərin paytaxtı Dohada Ərəb və İslam ölkələrinin xarici işlər nazirlərinin toplantısı keçirilir və bu toplantı ölkələrin fövqəladə sammitinin keçirilməsi üçün hazırlıq işidir:

"Sammitin əsas məqsədi və gündəlikdə duran məsələ İsrailin Qətərə raket hücumudur. Bu məsələ ciddi müzakirə olunacaq və hesab edirəm ki, doğru qərarların qəbul edilməsi üçün yetərincə səbəb var. Sammitdən çıxacaq qərarlar heç şübhəsiz ki, İsrailin siyasi və iqtisadi əlaqələrinə təsir göstərəcək və təhlükəsizlik baxımından ölkələrin ortaq qərarlar qəbul etməsi ehtimalı yüksəkdir".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:563
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Sentyabr 2025 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri