İsrailin Avroviziya da iştirakını bu yolla müəyyən edəcəklər
Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Avropa Yayım Birliyi İsrailin gələn il "Avroviziya" mahnı müsabiqəsində iştirakını müəyyən etmək üçün növbədənkənar onlayn səsvermə elan edib.
Axşam.az xəbər verir ki, səsvermə qərarı bir neçə milli yayımçının boykot təhdidləri fonunda qəbul edilib. Belə ki, İspaniya, Niderland, İrlandiya, İslandiya və Sloveniyadakı yayım şirkətləri İsrailin iştirakçılar arasında qalacağı təqdirdə müsabiqədən çıxacaqlarını bəyan ediblər.
AYB prezidenti Delfina Ernott Cuncinin üzvlərə ünvanladığı məktubda bildirilib ki, İsrailin milli yayımçısı KAN-ın müsabiqəyə qəbulu ilə bağlı fikir müxtəlifliyi var və problemin həlli üçün daha uyğun demokratik qərar lazımdır.
Səsvermə noyabrın əvvəlində AYB Baş Assambleyasının növbədənkənar iclasında keçiriləcək.
Qeyd edək ki, İsrail 1973-cü ildə "Avroviziya"da debüt edib və dörd dəfə müsabiqənin qalibi olub.
70-cisi keçiriləcək müsabiqənin Vyanada baş tutması planlaşdırılır. Avstriyanın paytaxtı artıq üçüncü dəfədir ki, ona ev sahibliyi edəcək. Tədbir 12-16 may 2026-cı il tarixlərində keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 26 Sentyabr 2025 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















