İsrailin Azərbaycana verdiyi həmin qorxunc silah PARADDA GÖRÜNDÜ: Başqa kimlərdə var? +VİDEO
Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakıda keçirilən Zəfər Gününə həsr olunmuş Hərbi Paradda Azərbaycan Ordusunun arsenalında yer alan “İldırım-8” zenit-raket kompleksi nümayiş etdirilib.
Hurriyyet.Az xəbər verir ki, yüksək atış dəqiqliyinə və müasir idarəetmə sisteminə malik kompleks ölkəmizin hava hücumundan müdafiə imkanlarını əhəmiyyətli dərəcədə gücləndirir.
"Barak-8" və texniki-taktiki göstəriciləri yəhudi dilində "ildırım" mənasını verən "Barak" ZRK İsrailin "Rafael" şirkəti tərəfindən istehsal edilir.
"Zenti-raket kompleksi "Barak-1" xəttinin davamı olaraq hazırlanıb, yer və dəniz platformaları üçün iki versiyası mövcuddur.
Bu raketlərin yaradılmasını İsrail və Hindistan birgə həyata keçirib və ilk xarici istifadəçisi də məhz Hindistandır.
"Barak-8" zenti-raket kompleksinin atış mənzili 90 km, "Barak-8 ER" konfiqurasiyasınınkı isə 150 kilometrə yaxın, hədəfi məhv etmə yüksəkliyi isə 16 min metrə yaxındır.
Raketin uzunluğu 4,5 metr, diametri 0.225 m, ümumi ağırlığı 275 kq, döyüş başlığı 60 kq təşkil edir.
Yüksək manevr qabiliyyətinə malik "Barak 8" iki pilləli raket mühərrikinə sahibdir və şaquli atışla buraxılır. Raket aktiv arayıcı başlıq (RF/infraqırmızı) sayəsində hədəfə yönəlir və sürəti 2 maxdır (680 metr/saniyə).Zenit-raket kompleksinin istehsalçısı İsrailin "Rafael" şirkəti olsa da, kompleksin nəzarət-müşahidə radarı İsrailin əsas dövlət hərbi sənaye müəssisəsi olan "Israel Aerospace Industries (IAI)" holdinqinə daxil olan "Elta Systems" (radarları istehsal edir) tərəfindən istehsal olunur.
Bəzi sifarişlərdə kompleksə "Elta Systems" şirkətinin istehsalı olan EL/M-2080 "Gren Pine" radarı daxil edilib. "Barak-8" zenti-raket kompleksi gəmi əleyhinə raketlərə, supersonik raketlərə, ballistik raketlərə, təyyarə, helikopter, PUA kimi hava təhdidlərinə qarşı nəzərdə tutulur".
İstifadə edən ölkələr
Azərbaycan
İsrail
Hindistan
Venesuela
Sinqapur
Çili
Həmin silahların görüntüsünü təqdim edirik:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 08 Noyabr 2025 23:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















