İsrailin baş naziri və prezidentinin təyyarəsi Təl Əvivdən havaya qalxıb
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İsrailin Baş naziri Benyamin Netanyahu və Prezidenti İsxak Hersoqun rəsmi təyyarəsi - "Sion qanadı" Təl-Əvivin Ben Qurion hava limanından havaya qalxıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "FlightRadar" xidməti məlumat verib.
İsrailin yüksək səviyyəli rəsmilərinin təyyarəsinin hara getdiyi və göyərtəsində kimlərin olduğu məlum deyil.
Qeyd edək ki, İsrail ordusu gecə saatlarında İranın nüvə və raket proqramlarına zərər vurmaq məqsədi daşıyan "Am Kelavi" ("Şir kimi millət") əməliyyatının başladığını elan edib. İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Tehran da daxil olmaqla, bütün ölkə ərazisindəki hədəflərə zərbələr endirib.
Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu Qüdsün "İranın nüvə zənginləşdirmə proqramının ürəyinə" zərbə vurduğunu və raket proqramı obyektlərinə hücum etdiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 13 İyun 2025 09:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















