İsrailin bir sıra bölgələrində hava hücumu həyəcanı elan edilib
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
İran ərazisindən pilotsuz uçuş aparatlarının (PUA) buraxılması ilə əlaqədar İsrailin bir sıra bölgələrində hava hücumu həyəcanı elan edilib, sirenlər səslənib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“Bir müddət əvvəl İran ərazisindən İsrailə doğru göndərilən PUA-lar aşkar edildikdən sonra İsrailin bir sıra bölgələrində sirenlər səslənib”, - bəyanatda deyilir.
Ordunun mətbuat xidmətindən vurğulanıb ki, İsrail Hərbi Hava Qüvvələri təhlükəni aradan qaldırmaq üçün müdaxilə və zərbə endirmək üçün tədbirlər görür.

İsrailin mərkəzi bölgələrində hava həyəcanı elan edilib
18 Yanvar 2025 13:03
İsrailin bəzi bölgələrində hava hücumu sirenləri səslənir
03 May 2025 10:08
İsrailin şimalında hava hücumu xəbərdarlığı elan edilib
19 Noyabr 2024 10:17
İsrailin mərkəzində hava hücumu xəbərdarlığı elan edilib
09 Noyabr 2024 17:33
İsrailin hava hücumu sıradan çıxıb
19 Noyabr 2024 17:39

