Icma.az
close
up
RU
“İsrailin Fələstin torpaqları üzərində suverenliyi yoxdur” Səfirlik

“İsrailin Fələstin torpaqları üzərində suverenliyi yoxdur” Səfirlik

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Fələstin Dövləti İsrail işğalçı Knessetinin Fələstin torpaqlarını ilhaq etməyə yönəlmiş cəhdlərini, “İsrail suverenliyinin tətbiqi” adı altında dünən qəbul etdiyi qərarı ən sərt şəkildə pisləyir”.

525.az xəbər veir ki, bu barədə Fələstin Dövlətinin Bakıdakı səfirliyinin yaydığı açıqlamda deyiıir.

“Fələstin Dövləti bəyan edir ki, işğal altında olan Fələstin torpaqları, Qüds də daxil olmaqla, İordan çayının qərb sahili və Qəzza zolağı bölünməz coğrafi bütövlük təşkil edir və İsrailin bu torpaqlar üzərində heç bir suverenliyi yoxdur. Bu torpaqlara suverenlik hüququ yalnız Fələstin xalqına və onun legitim rəhbərliyinə, Fələstin Azadlıq Təşkilatı şəxsində təmsil olunan rəhbərliyə məxsusdur. Bu mövqe Fələstin xalqının öz vətəni olan Fələstindəki təbii, tarixi və hüquqi haqlarına, beynəlxalq hüququn prinsiplərinə, insan haqlarına və Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələrinə əsaslanır”, - açıqlamada vurğulanıb.

Qeyd olunub ki, BMT üzv dövlətləri tərəfindən yekdilliklə qəbul edilmiş Nyu-York Bəyannaməsi və onun əlavələrinin tətbiqi, İsrailin ilhaq və müstəmləkəçilik siyasətinə qarşı mübarizənin əsasını təşkil edir:

“Fələstin Dövləti xəbərdarlıq edir ki, İsrail qanunsuz işğalçı qüvvə kimi yer üzündə saxta reallıqlar yaratmaq cəhdlərini davam etdirir. Bu kimi bütün tədbirlər hüquqi baxımdan etibarsızdır və Fələstin torpaqlarının işğal olunmuş ərazi statusunu dəyişmir, İsrail beynəlxalq hüquqa əsasən işğalçı qüvvə olaraq qalır. Bu mövqeni dünən Beynəlxalq Ədalət Məhkəməsi də öz hüquqi rəyində təsdiqləyərək, işğalçı qanunun Fələstin torpaqlarına tam şəkildə tətbiq olunduğunu bəyan edib”.

O da vurğulanıb ki, Fələstin bütün dövlətləri və beynəlxalq təşkilatları bu qərarı rədd etməyə, həmçinin işğalçı hakimiyyətin Fələstin torpaqlarını zorla və ya istənilən ad altında ələ keçirməyə yönəlmiş planlarının həyata keçirilməsinin qarşısını almaq üçün qəti tədbirlər görməyə çağırır. Eyni zamanda, Fələstin Dövləti bu irqi ayrı-seçkilik siyasətinə qarşı geniş beynəlxalq cəbhənin formalaşdırılmasına və ilhaq, məskunlaşma cinayətlərinə görə məsuliyyət daşıyan şəxslərə qarşı hesabatlılıq və cəza mexanizmlərinin aktivləşdirilməsinə çağırış edir”.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Oktyabr 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri