Icma.az
close
up
RU
İsrailin gizli planı: İranda şah rejimini bu yolla bərpa etmək istəyir

İsrailin gizli planı: İranda şah rejimini bu yolla bərpa etmək istəyir

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İsrailin İranda gizli məqsədinin 1979-cu ildə devrilmiş şahın oğlu Rza Pəhləvini hakimiyyətə gətirmək olduğu iddia edilir. Bu məqsədlə kütləvi xalq hərəkatlarının qızışdırılması planlaşdırılır.

Turkustan.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilib ki, ABŞ kəşfiyyatının və beynəlxalq analitik mərkəzlərin fikrincə, İsrailin sözügedən planı İranda həm müxalifət, həm də ictimaiyyət tərəfindən “xaricdən dəstəklənən monarxiya xülyası” kimi qəbul olunur və 1953-cü il çevrilişinə bənzər tarixi səhvin təkrarı ola bilər.

1953-cü ildə İranın demokratik yolla seçilmiş baş naziri Məhəmməd Musaddiq İngiltərə-İran Neft Şirkətini milliləşdirmək səylərinə cavab olaraq CIA və Britaniya Xarici Kəşfiyyat Xidməti MI6-nın birgə çevrilişi nəticəsində devrildi. Bu çevriliş İran xalqı arasında geniş anti-imperialist və dini motivli qəzəb doğurdu və analitiklərin fikrincə, 1979-cu ildəki rejim dəyişikliyi də bu çevrilişə reaksiya idi.

Rza Pəhləvinin adı həm İsrail parlamentində, həm də ABŞ Konqresində tez-tez hallanır. ABŞ-da yaşayan Pəhləvi son dəfə 2023-cü ilin aprelində Yaxın Şərqdə görünüb.

Həmin tarixdə Pəhləvi Qüdsdə İsrailin baş naziri Binyamin Netanyahu və prezident İsaak Hersoq tərəfindən rəsmi mərasimlərlə qarşılanıb. İsraildəki Qüds Təhlükəsizlik və Xarici Əlaqələr Mərkəzinin təhlilinə görə, bu səfər İsrailin Pəhləviyə “İran müxalifətinin əsas lideri” kimi baxdığını dünyaya bəyan etmək cəhdi idi.

Pəhləviyə açıq dəstək verən israilli siyasətçilər, İrana qarşı “fürsət pəncərəsi”nin açıldığını iddia etsələr də, Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və digər beynəlxalq qurumlar bunun ciddi mənfi reaksiya doğuracağını bildirir.

Pəhləvinin ritorikası isə İranda düşmənçiliklə qarşılanır. İran ictimaiyyətində onun adı korrupsiya, işgəncə və xarici asılılıqla xarakterizə olunur. Rza Pəhləvi iddia edir ki, Qərb ölkələri İranla nüvə danışıqlarına getməməlidir və təhdidləri aradan qaldırmağın ən sürətli yolu rejimə alternativləri gücləndirməkdir. Ekspertlər isə Pəhləvinin Qərblə koordinasiyalı fəaliyyətini “reallıqdan uzaq” və “köhnə səhvlərin təkrarı” kimi qiymətləndirirlər.

CIA da son analizlərində hətta 2022-ci il etirazlarını xatırladaraq, həm indiki rejimin, həm də şah dövrünün eyni dərəcədə tənqid olunduğunu qeyd edib./publika.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 18 İyul 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri