Icma.az
close
up
RU
“İSRAİLİN HAVA ZƏRBƏLƏRİ DAVAM EDƏCƏK” “Azərbaycan hadisələrin inkişafına hazır olmalıdır”

“İSRAİLİN HAVA ZƏRBƏLƏRİ DAVAM EDƏCƏK” “Azərbaycan hadisələrin inkişafına hazır olmalıdır”

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"İsrailin İranın hərbi mərkəzlərinə zərbələri gözlənilən idi. İsrail hökuməti Vaşinqtonun icazəsini gözləyirdi. ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya İranla danışıqların nəticəsini gözləməyi məsləhət bilmişdi. Ancaq ABŞ və İran rəsmiləri arasında müxtəlif ölkələrdə keçirilən görüşlər nəticə vermədi".

"AzPolitika" bildirir ki, bunu politoloq Elxan Şahinoğlu İsrailin İrana hücumunu çərh edərkən deyib.

Ekspert xatırladır ki, bundan başqa İranın ali dini lideri Əli Xamenei Donald Trampın adını çəkmədən “Sən kimsən ki, bizə yol göstərirsən” şəklində Ağ Ev sahibinə mesaj göndərmişdi: "Bu o demək idi ki, Əli Xamenei nüvə məsələsiylə bağlı Tehranın Vaşinqtonla razılaşmasının əleyhinədi. Bu durum Benyamin Netanyahunun işinə yarayırdı. İsrailin işinə yarayan daha bir hadisə baş verdi. Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İran əleyhinə qətnamə qəbul etdi. Qətnamədə İranın Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə çərçivəsindəki öhdəliklərini pozduğu vurğulandı. İran təşkilat qarşısındakı öhdəlikləri yerinə yetirmədi. MAQATE-nin baş direktoru Rafael Qrossi bəyan etdi ki, İran bəzi qadağan olunmuş obyektlərdə nüvə materiallarının mövcudluğu və bu materiallarla aparılan işlər barədə agentliyə məlumat verməyib. Qrossinin “İran bir neçə nüvə bombası istehsal etməyə imkan verəcək qədər zənginləşdirilmiş urana malikdir” açıqlaması İsrailə İrana qarşı düyməyə basmaq üçün kifayət etdi".

Ekspert vurğulayıb ki, İsrail İrana zərbə endirmək üçün ABŞ Prezidenti Donald Trampın icazəsini alıb. E.Şahinoğlu vurğulayıb ki, İsrail hava zərbələrinə ara verməyəcək, onun əsas məqsədi İranı nüvə silahı ələ etmək imkanından məhrum etməkdir: "Bu baş verməyənə qədər İsrailin hava zərbələri davam edəcək. İran da İsrailə cavab zərbələri endirməyə çalışacaq. Ancaq İranın İsrailə zərbələrinin elə böyük effekti olmayacaq. Bunu ötən dəfəki qarşıdurma da göstərdi. İranın İsrailə atdığı raketlərin böyük əskəriyyəti havada vuruldu, İsrail hərbçiləri arasında ölən olmadı. İsrail bu dəfə də İran raketlərini və dronlarını İsrailin hava sahəsinə çatmadan vuracaq. ABŞ birbaşa müharibəyə qarışmayacaq, ancaq Pentaqon İranla əlaqədar İsraillə kəşfiyyat məlumatlarını bölüşəcək və İran raketlərinin və dronlarının ərəb ölkələrinin hava sahəsində vurulmasında İsrailə kömək edəcək. Əgər İran ABŞ-nin ərəb ölkələrindəki hərbi mərkəzlərinə zərbələr endirərsə, İran ABŞ-İsrail ittifaqı ilə üz-üzə qalacaq və bu İranın problemlərini artıracaq".

Ekspert hesab edir ki, bu müharibə nəticəsində İrandakı proseslərin iki istiqamətdə inkişafı mümkündür: "İrandakı rejim ölkədə yaşayan xalqları ümumi düşmənə qarşı mobilizə etməyə çalışacaq. Rejim bu üsuldan bir dəfə istifadə edib. 1979-cu ildə İslam inqilabından bir il sonra İraqla müharibə başladı. İranda hələ mövqelərini möhkəmlətməyən yeni rejim ölkədə yaşayan xalqları ümumi düşmənə qarşı mübarizəyə kökləyə bildi. Rejim bu dəfə də belə etməyə çalışacaq. Ancaq hadisələrin ikinci istiqamətdə inkişafı da mümkündür. Müharibə nəticəsində İranda mərkəzdənqaçma meylləri güclənə bilər. İsrailin istəklərindən biri də budur".

Politoloq hesab edir ki, Azərbaycan İrandakı hadisələrin müxtəlif ssenariləri üzrə inkişafına hazır olmalıdır. Onun sözlərinə görə, İrandakı soydaşlarımız müharibədən qorunmaq üçün Türkiyə və Azərbaycana üz tuta bilərlər. "Bu halda soydaşlarımıza sığınacaq verməli olacağıq. Müharibənin bu həddə çatmasını arzulamırıq. Digər tərəfdən, Azərbaycanda təhlükəsizlik tədbirlərinin artırılmasına ehtiyac yaranıb. Çünki İranın mühafizəkar dairələr radikallaşaraq ABŞ və İsraillə əməkdaşlıq edən bölgə ölkələrinə qarşı addımlar ata bilərlər", - Elxan Şahinoğlu vurğulayıb.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 İyun 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see305

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see274

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see211

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see188

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see160

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see156

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see154

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see153

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see151

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri