Icma.az
close
up
RU
İsrailin hədəfində başqa kim var? Xamenei, Pezeşkian...

İsrailin hədəfində başqa kim var? Xamenei, Pezeşkian...

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

İran-İsrail müharibəsi Tehranı masadakı şərtləri qəbul etdirmək mərhələsindən ikinciyə - məğlub etmək mərhələsinə keçib. Üçüncü mərhələyə - rejimin təslim olmasına keçidi indi baş verənlər, İranın nə qədər müqavimət göstərə biləcəyi müəyyənləşdirəcək. Hazırki mərhələdə:

- ABŞ İsraili dayandırmağa tələsmir və Tehranı şərtləri qəbul etməsi üçün danışıqlara dəvət etməklə “yaxşı polis” rolunu oynayır;

- İsrail ən azı İranın nüvə obyektlərini sıradan çıxarmaq və nüvə silahlı perspektivini məhv etmək niyyətindədir: Natanz nüvə kompleksinə zərər vura bilsə də, dağların dərinliklərində yerləşən Foda nüvə kompleksinə endirilən zərbələr istənilən effektiv verməyib; nüvə sənayesini tamamilə sıradan çıxarmaq üçün ABŞ-ın hərbi dəstəyi zəruridir;

Lakin İranın nüvə perspektivini məhv etmək İsrailin minimum hədəfi kimi görünür, Netanyahu maksimum hədəfi də sınamaq niyyətindədir: bu, İranda rejimi dəyişdirməkdir;

Və əsas müəmma da burada ortaya çıxır: İran rejimini dəyişdirmək mümkündürmü, yaxud bu hansı ssenaridə baş verə bilər?

Rejimin təslim olacağını demək çətindir, bu həm də ideoloji baxımdan çöküşü qəbul etmək olardı. Hərçənd, İsrailin taktikası – müharibə yolu ilə daxildə rejimi dəyişdirmək də çətin görünür.

Birincisi, İran daxilində narazılıq nə qədər çox olsa belə, müharibənin ictimai rəydə “işğala cəhd” kimi qəbul edilməsi mövqeyi güclənir, eyni zamanda, rejimin söykəndiyi ideoloji dayaqlar – din uğrunda mübarizə amili ön plana çıxır;

İkincisi, teokratiyanı şah rejimi ilə dəyişmək ssenarisi – oğul Pəhləvinin gətirilməsi müzakirə mövzularındandır. Ki, yenə dini ideologiya amili və “şahçıların” mövqeyinin nə qədər güclü olması bu versiyanı mübahisələndirir;

Mövcud şərtlər İranda müharibə yolu ilə rejimi dəyişmək perspektivini sual altına salır. Lakin hədəfdə rejim dəyişikliyinin olduğunu rəsmi şəkildə elan edən İsrail rəhbərliyi (bunun açıq şəkildə dilə gətirilməsində İran daxilində rejimə qarşı qüvvələri hərəkətə keçirmək məqsədi daşıdığı da aydındır) daha radikal gediş edə bilər: bu, HƏMAS-a qarşı ssenarinin İranda da tətbiq edilməsi – hərbi rəhbərliklə yanaşı, siyasi rəhbərliyin də sıradan çıxarılmasıdır.

İranın hərbi rəhbərliyi – Baş Qərargah rəisi, SEPAH komandanı və digər əsas fiqurlar bir-bir öldürülür, bu prosesin davamında dini lider Xameneyi və prezident Məsud Pezeşkianın da nöqtə atışı ilə qətlə yetirilməsi istisna edilməməlidir. Yalnız bu halda müharibə yolu ilə rejimin dayaqlarının sarsıdılması və yeni hakimiyyətin – hələki şahın oğlu əsas namizəd kimi görünür, yolunun açılması ehtimalı yarana bilər. Lakin 46 illik rejimin ölkə üzərindəki nəzarətini qısa müddətdə tamamilə silmək mürəkkəb prosesdir. Bu baxımdan, İsrailin İranın hərbi-siyasi rəhbərliyinin bir-bir aradan götürülməsi ilə yanaşı, etnik-dini qrupların azadlıq hərəkatının aktivləşdirilməsi də mümkün ssenarilər arasındadır.

Bu ssenarilər proseslərin üçüncü mərhələyə keçidi halında real görünür. Mövcud mərhələdə İran rejimini masada şərtləri qəbul etdirmək, “nüvəsiz İran”la razılaşmaq hələ də aktualdır. Rəsmi Tehran müzakirələrə hazır olduğunu bəyan edib, müharibədə üstün tərəf olan İsrail isə ən azı danışıqlara qədər İranın nüvə potensialının perspektivlərini məhv etməyə çalışır. Bu mərhələdə müharibənin masa ilə əvəzlənməsi, yaxud sonuncu mərhələyə - rejimin aradan qaldırılmasına keçid ABŞ-ın mövqeyindən asılı olacaq.

Asif Nərimanlı


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 15 İyun 2025 22:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see450

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see332

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see331

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see296

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see272

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see271

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see267

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

29 Avqust 2026 15:33see243

Süni intellekt bumu dünya iqtisadiyyatını ayaqda saxlayır WSJ

29 Avqust 2026 11:23see241

ABŞ da mədəaltı vəzi xərçənginə qarşı inqilabi dərman təsdiqlənib

29 Avqust 2026 11:26see236

Günel Zeynalovanın başına iş gəldi Ayağı zədələndi

29 Avqust 2026 17:15see232

Kökü qədim, gələcəyi parlaq: Türk dünyasının iki bədəndə bir can

29 Avqust 2026 15:21see232

İsrail Livanın cənubuna hücum edib

29 Avqust 2026 18:33see215

Vüqar Biləcəri kimdir? Sonuncu zəngində onun adını çəkərək ağlayıb

29 Avqust 2026 23:34see214

Qazaxıstan və Özbəkistanda Azərbaycanın turizm təqdimatı

29 Avqust 2026 16:03see213

Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir YENİLƏNİB

29 Avqust 2026 23:13see202

Neft kəşfiyyatçılarımızın “Üstyurt” axtarışları

29 Avqust 2026 16:05see201

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see195

Məşhur reper Bakıya gəlir

30 Avqust 2026 01:52see193

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri