İsrailin hücumu zamanı Qəzzanın polis rəisi və ailəsi öldürüldü
Icma.az bildirir, Turkstan.az portalına istinadən.
İsrail Qəzza zolağının mərkəzində Nusayrat Polis İdarəsinin müdiri polkovnik Ömər Səid Aklı qətlə yetirib.
Turkustan.az xəbər verir ki, Qəzzadakı Fələstin Təhlükəsizlik Baş İdarəsi: "İşğalçı İsrail tərəfi bu gün günorta saatlarında Qəzza zolağının mərkəzi hissəsindəki Zavayida qəsəbəsindəki evini hədəf alan hava hücumu nəticəsində polkovnik Ömər Səid Aklı qətlə yetirib" ifadəsini işlədib.
Hücumda Akl ilə birlikdə daha 11 ailə üzvünün də həyatını itirdiyi vurğulanan açıqlamada, bunun "işğalçıların Fələstin xalqına qarşı törətdiyi cinayətlər siyahısına əlavə edilən yeni bir qırğın olduğu" ifadə edildi.
İsrailin hücumlarına baxmayaraq, təhlükəsizlik qüvvələrinin “xalqın yanında olmaq və müqavimətini dəstəkləmək vəzifəsini qətiyyətlə davam etdirdiyi” vurğulanıb.
Bəyanatda beynəlxalq ictimaiyyətə və Birləşmiş Millətlər Təşkilatına (BMT) "Beynəlxalq hüquq çərçivəsində hədəfə alınması qadağan edilən İsrailin polis əməkdaşlarına qarşı dəfələrlə etdiyi pozuntuların qarşısını almaq üçün qətiyyətli mövqe tutmağa" çağırılıb.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 19 İyul 2025 22:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















