“İsrailin hücumuna cavab verməsəydik, gələcək üçün təhlükəli olacaqdı”
Missiya.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“İsraillə 12 günlük müharibə dövründə Tehranın cavab verməkdən başqa yolu qalmamışdı”.
Missiya.Az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı deyib.
Onun sözlərinə görə, əgər hücum edən tərəf nəticə əldə edə bilsəydi, bu, gələcəkdə təhlükəli vəziyyət yarada bilərdi.
Əraqçı bildirib ki, İran ölkəyə qarşı hərbi hücumun heç bir nəticə verməyəcəyini sübut etməli idi.
Nazir əlavə edib ki, çəkindiricilik yalnız hərbi sahə ilə məhdudlaşmamalıdır:
“Bu güc sosial, iqtisadi və diplomatik sahələrdə də mövcud olmalıdır”, - deyə siyasətçi vurğulayıb.
Əraqçı çıxışında, habelə, müharibə zamanı xalqın düşmən qarşısında tam birlik və həmrəylik nümayiş etdirdiyini də qeyd edib.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 06 Noyabr 2025 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















