Icma.az
close
up
RU
İsrailin İran hədəfləri üçün yeni bombaya ehtiyacı var I Ekspert detalları açıqlayıb

İsrailin İran hədəfləri üçün yeni bombaya ehtiyacı var I Ekspert detalları açıqlayıb

Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İran rəhbərliyi də ölkənin ucqar rayonlarında, əsasən Əfqanıstan ilə sərhəddə yerləşən bənzər yeraltı idarəetmə məntəqələrində yerləşməsi ehtimalı böyükdür. İsrail ayətullah Xomenyini və yeraltı nüvə obyektlərini məhv etmək üçün ABŞ-dan GBU-57 adlanan bunker əleyhinə bombaları əldə etməyə çalışır.
Bu bombalar ABŞ-nin məşhur təyyarə istehsalçısı “Boeing” tərəfindən hazırlanıb. O, partlamadan əvvəl torpaq qatının 61 metr dərinliyinə və ya 19 metrə qədər dəmir-betona nüfuz etməyə qadirdir. 2007-ci ildə İranın və KXDR-in yeraltı istehkamlarını məhv etmək üçün hazırlanan 20 ədəd GBU-57 bombaları 2011-ci ilin noyabrında ABŞ Hərbi Hava Qüvvələrinə verilib.

Sonradan Pentaqon GBU-57-nin bu məqsədlər üçün kifayət qədər güclü olmadığını etiraf edib və 2013-cü ilin yanvarında GBU-57 bombalarının modernləşdirilməsinə başlanıb. Sursatın təkmilləşdirilməsinə sərf olunan vəsait nəzərə alınmaqla inkişaf proqramının ümumi dəyəri təxminən 400 milyon dollar təşkil edib. ABŞ administrasiyası hazırda Tehranın nüvə proqramı üzrə danışıqlarda İran hakimiyyətinə təzyiq rıçaqı kimi bunker əleyhinə bombalarının İsrailə ötürülməsi imkanını nəzərdən keçirdiyi də məlumdur. Hazırda ABŞ-yə məxsus iki aviadaşıyıcı zərbə qruplaşması, onlarla yanacaqdaşıyan təyyarə İrana yaxınlaşır.
Bu isə 100-dən müasir F-35 qırıcı təyyarə, minlərlə “Tomoqavk” qanadlı raketləri, masir HHM kompleksləri deməkdir. Belə bir qruplaşmanın tərkibinə ABŞ-ın Avropada, Yaxın Şərqdə və Ərəbistan yarımadasında mövcud olan hərbi potensialını və Trampın son “Tehranı boşaldın” bəyanatını da əlavə etsək, İranın yaxın 2-3 gündə vəziyyəti kritik həddə çatacağı şübhəsizdir.

Belə bir vəziyyətdə ABŞ-ın bunker əleyhinə bombaları İsrailə verəcəyi gözlənilir. ABŞ daha ağır və daha səmərəli olan GBU-72 bombalarına da malikdir, lakin onları hədəfə atmaq üçün B-2 tipli ağır bombarbardmançı təyyarələrə ehtiyac var ki, bu təyyarələr də İsraildə mövcud deyil.
Odur ki, İsrailin GBU-57 bombasını əldə etməsi daha məqsədəuyğundur. Digər tərəfdən isə 2018-ci ilə qədər növbəti modernləşdirilməsi həyata keçirilən GBU-57 bombalarının xüsusiyyətləri daha dərində yerləşən hədəfləri vurmaq üçün artırılıb. Böyük ehtimalla yaxın gələcəkdə bu bombaların real müharibə şəraitində istifadəsini izləmək imkanımız olacaq.
Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://azvision.az
archiveBu xəbər 17 İyun 2025 20:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri