İsrailin İrana hücumlarında 30 şagird və 7 müəllim həyatını itirib
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İsrailin İrana qarşı həyata keçirdiyi hərbi hücumların faciəvi nəticələri ortaya çıxmağa davam edir.
Bakıvaxtı.az xəbər verir ki, İran Təhsil Nazirliyi 13 iyunda başlanan və 12 gündür davam edən hücumlarla bağlı rəsmi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, hücumlar nəticəsində azı 30 şagird və 7 müəllim həyatını itirib, 36 məktəb binası isə ciddi ziyan görüb.
Məlumatda qeyd olunub ki, ölənlərin əksəriyyəti məktəb binası və yaxın ərazilərdə olarkən raket zərbələrinə tuş gəlib.
Hücumların əsasən məktəblərin də yerləşdiyi yaşayış məntəqələrinə yönəldiyi bildirilir. Bu da mülki itkilərin artmasına səbəb olub.
Əli Hüseynov
Bu mövzuda digər xəbərlər:İsrailin son hücumlarında 24 fələstinli həyatını itirib
26 Sentyabr 2025 15:22
İsrailin İrana hücumlarında öldürülən nüvə alimləri SİYAHI
28 İyun 2025 19:05
İsrailin İrana hücumlarında 9 jurnalist həlak olub
28 İyun 2025 20:10
İsrailin Qəzza hücumlarında 7 fələstinli həlak olub
23 Sentyabr 2025 12:33
Türkiyədə DƏHŞƏTLİ QƏZA: 7 şagird, 2 müəllim...
01 Dekabr 2024 19:17
Baxış sayı:42
Bu xəbər 03 İyul 2025 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















