Icma.az
close
up
RU
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” Politoloq

“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” Politoloq

Icma.az bildirir, Adelet.az portalına istinadən.

“Moskva Pekinlə yanaşı Yeni Dehli ilə də strateji əlaqələrini gücləndirməyə çalışır. Buna misal olaraq “Rusiya və Hindistan: İkitərəfli münasibətlər üçün yeni gündəliyə doğru” konfransın keçirilməsini göstərmək olar. Rusiya xarici işlər naziri Sergey Lavrov konfrans iştirakçılarına video müraciətində bildirib ki, ölkəsi Hindistanla münasibətlərinin inkişafını xarici siyasətdə əsas prioritetlərdən biri hesab edir. Lavrov çıxışında Hindistanın ünvanına başqa tərifli sözlər də söyləyib. O Yeni Dehlinin müstəqil xarici siyasət yürütməsini və milli maraqları daim birinci yerə qoymasının dərin hörmətə layiq olduğunu vurğulayıb”.

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

O, bildirib ki, Hindistanın baş naziri Narendra Modi bir neçə aydan sonra Rusiyaya səfər edəcək:

“Bu səfər zamanı iki ölkə arasında enerji əməkdaşlığının inkişaf etdirilməsi müzakirə olunacaq. ABŞ Ukrayna müharibəsinə görə Rusiyanın enerji daşıyıcılarına tətbiq etdiyi sanksiyaları yumşaltdıqdan sonra Hindistan Rusiyadan daha çox ucuz neft almağa başlayıb. Rusiyanın neftlə dolu tankerləri Hindistanın limanlarına istiqamətləniblər. Moskvada müzakirə olanacaq mövzular arasında BRİCS də olacaq. Hindistan BRİCS üzvləri arasında əməkdaşlığın genişlənməsində maraqlıdır. Modi hesab edir ki, BRİCS Yaxın Şərqdə müharibələrinin dayandırılması üçün diplomatik fəallığını artırmalıdır. Çünki, Yaxın Şərqdə gərginlik və müharibələr BRİCS üçün ciddi problemlərə səbəb olub. Bölgədəki müharibələr nəqliyyat yollarından istifadəyə və gəmiçiliyə ciddi əngəllər yaradıb. Narendra Modi bu mövzunu İran Prezident Məsud Peşeşkianla telefon söhbətində də müzakirə edib”.

Onun sözlərinə görə, bu arada, Narendra Modinin müharibədən bir neçə gün əvvəl İsrailə səfəri ətrafında müzakirələr səngimir:

“Hindistanın İsraillə sıx tərəfdaşlığının BRİCS ölkələrinin birliyinə mənfi təsir edə bilərmi? Çünki, BRİCS-in digər üzvləri ABŞ və İsrailin İrana qarşı müharibəsini qətiyyətlə pisləyirlər. İsrailə qarşı ən sərt mövqedən çıxış edən BRİCS ölkələrindən biri Cənubi Afrika Respublikasıdır. Hindistanın İsraillə sıx tərəfdaşlığına baxmayaraq, Yeni Dehli balansı qorumağa, çoxqütblü xarici siyasətini davam etdirməyə çalışır. Hindistanın İsraillə müdafiə texnologiyası, kənd təsərrüfatı və innovasiya sahəsində tərəfdaşlığını gücləndirməsiylə yanaşı ərəb dünyası və İranla dərin iqtisadi və enerji əlaqələrini davam etdirir. Misal üçün ABŞ və İsrailin İrana qarşı müharibəsi davam etsə də, Hindistan İranın Çohbahar limanının icarəsindən imtina etməyib. Çabahar limanı İranın Hind Okeanına çıxışı olan yeganə böyük limanıdır. Hindistan limanı idarəçiliyə götürməklə Orta Asiya və Əfqanıstan ilə ticarət əlaqələri qurmaq istəyirdi. Bu səbəbdən bölgədəki müharibə Hindistanın enerji təhlükəsizliyinə, ticarət yollarına və Körfəz ölkələrində yaşayan və işləyən milyonlarla hind vətəndaşın durumuna birbaşa təsir edib. Ona görə Yeni Dehli də müharibənin qısa müddətdə bitməsini istəyir”.

Vasif ƏLİHÜSEYN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://adalet.az
archiveBu xəbər 25 Mart 2026 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see515

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see503

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see374

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see360

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see358

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see355

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see339

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see307

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see303

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see254

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see250

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see229

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see229

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see220

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see216

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see193

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see192

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see192

Qlobal istiləşmə ildırım çaxmalarının sayını artıra bilər

24 Noyabr 2026 23:36see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri