İsrailin keçmiş baş nazirindən gözlənilməyən etiraf FOTO
Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
İrana hücum öz məqsədlərinə çatmayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə İsrailin keçmiş baş naziri Ehud Barak Almaniyanın “Bild” qəzetinə müsahibəsində bildirib.
“Hər iki əsas məqsədə tam nail olunmayıb. İranın hərbi nüvə proqramı ciddi zədələnib, lakin tamamilə məhv edilməyib. İran əhəmiyyətli texniki təcrübəyə və təxminən 400 kiloqram zənginləşdirilmiş urana malik (nüvə silahı yaratmaq ərəfəsində olan) dövlət olaraq qalır” – deyə, keçmiş baş nazir qeyd edib.
Barak hesab edir ki, İranın nüvə silahının ortaya çıxması ehtimalı çoxlarının güman etdiyindən də yaxındır.
Onun sözlərinə görə, İran raket və buraxılış sistemlərinin istehsalı üzrə fundamental qabiliyyətini itirməyib.
Barak qorxur ki, gələcəkdə mümkün ssenarilərdən biri də İranın əvvəllər düşünüldüyündən daha sürətlə nüvə gücünə çevrilməsidir.
Gununsesi.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 12 İyul 2025 08:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















