İsrailin Livana hücumu nəticəsində 13 nəfər ölüb
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İsrail ordusunun Livanın cənub və şərqində həyata keçirdiyi hava hücumlarında 13 nəfərin həyatını itirdiyi bildirilib.
"Cebheinfo.az" Livanın rəsmi xəbər agentliyi NNA-ya istinadən xəbər verir ki, İsrail döyüş təyyarələri ölkənin cənubunda yerləşən Nəbatiyə vilayətində kənd və qəsəbələri bombalayıb.
Hücumlarda 8 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
İsrail ordusunun Sidon şəhərinə təşkil etdiyi hücumda 1 nəfər ölüb, 7 nəfər yaralanıb.
İsrailin Livanın şərqindəki Baalbek-Hermel bölgəsindəki Nəbi Şit qəsəbəsinə hücumu nəticəsində 4 nəfərin öldüyü bildirilib.
Ötən gün İsrail ordusunun Livanın cənubundakı Sur şəhərinin müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda 23 nəfər həyatını itirmişdi.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 26 Noyabr 2024 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















