İsrailin məşhur şirkəti müflis elan olunub Türkiyənin sanksiyasına görə
Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyənin İsraillə məhsul satışı və ilə yanaşı, bütün ticarət əlaqələrini kəsməsi qarşı tərəfdəki artıq problemlər yaradıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, artıq İsrailin ən böyük poladəritmə şirkətlərindən sayılan Şaul Gueta Dəmir və Polad Şirkəti müflis elan edilib.
Məlumata görə, Türkiyənin Qəzzadakı savaşa görə İsrailə sanksiyalarından sonra 105 milyon şekel (təxminən 32 milyon dollar) borcla fəaliyyətini dayandıran şirkətin müflis elan edilməsi ilə bağlı məsələyə Beerşeba Rayon Məhkəməsində işə baxılıb.
Məlumata görə, məhkəmə şirkətin borclarını ödəyə bilməməsi səbəbindən fəaliyyətinin dayandırılma tələbini qəbul edib: "Məhkəmə prosesində çıxış edən şirkət rəsmiləri "bankrot" olmalarını birbaşa Türkiyənin ticarət qadağası ilə əlaqələndiriblər".
Samir MUSAYEV
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 27 Oktyabr 2025 00:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















