İsrailin müdafiə naziri: “Trampın İrana təzyiqi KONKRET
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İsrailin müdafiə naziri İsrail Katc ABŞ prezidenti Donald Trampın İran və Livan məsələlərini bir-birinə bağlamasının regional dinamikaya, xüsusilə də “Hizbullah”ın aqibətinə birbaşa təsir etdiyini bildirib. Nazirin sözlərinə görə, əgər bu iki cəbhə ABŞ-nin tələbi ilə birbaşa əlaqələndirilməsəydi, “Hizbullah” çoxdan çökəcəkdi.
KONKRET.az xəbər verir ki, Katc bu barədə İsrail mediasına verdiyi açıqlamada bəzi gizli məqamlara toxunub. O, qeyd edib ki, Tramp İran və Livanı “bir düyündə” birləşdirdikdən sonra İsrail Beyrutdakı binaların dağıdılmasını dayandırmalı olub. Nazir, “Bu əlaqənin yaranmasına görə təəssüf edirəm, amma bu, Amerika marağı idi. Onlar İranla danışıqlar imkanlarını irəlilətməyi çox istəyirdilər”, — deyə bildirib. Nazir vurğulayıb ki, ABŞ-nin bu strategiyası olmasaydı, “Hizbullah”ın çöküşü qaçılmaz olacaqdı. Onun fikrincə, ABŞ ilə tərəfdaşlığın üstünlükləri olsa da, bu cür məhdudiyyətlərlə də müşayiət olunur. Katc onu da əlavə edib ki, İsrailin “Hizbullah” zərərsizləşdirilməyənə qədər Cənubi Livandan və təhlükəsizlik zonasından geri çəkilmək niyyəti yoxdur və hərbçilərə bu mövqeləri qorumaq üçün uzunmüddətli tapşırıqlar verilib.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 29 İyun 2026 20:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















