Icma.az
close
up
RU
İsrailin “qanlı atəşkəs” ultimatumu KONKRET

İsrailin “qanlı atəşkəs” ultimatumu KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yaxın Şərqin hərbi poliqonunda gözlənilməz gediş: Prezident Donald Trampın vasitəçiliyi ilə İsrail və Livan arasında 10 günlük “sükut rejimi” elan edilsə də, rəsmi Təl-Əvivin şərtləri bu sülhün əslində bir “fırtına öncəsi səssizlik” olduğunu göstərir. Bu gecə yarısından qüvvəyə minəcək razılaşma, silahların susmasından çox, şərtlərin diktə edilməsinə bənzəyir.

KONKRET.az xəbər verir ki, İsrailin “Kanal 14” televiziyasının hərbi dairələrdən əldə etdiyi eksklüziv məlumata görə, SAXAL (İsrail Müdafiə Ordusu) quru qoşunları Livanın cənubunda tutduqları strateji mövqeləri tərk etməyəcək. Əksinə, İsrail hərbçiləri Livanın daxili ərazilərində qalaraq hər bir hərəkəti “mikroskop” altına alacaqlar. Təl-Əviv açıq şəkildə bəyan edib ki, atəşkəs yalnız hava zərbələrinin müvəqqəti dayandırılmasını nəzərdə tutur, lakin “qabaqlayıcı zərbə” hüququ toxunulmaz qalır.

Bu o deməkdir ki, İsrail ordusu Qəzzada sınaqdan çıxardığı amansız taktikadan istifadə edərək, hər hansı şübhəli hərbi yerdəyişmə və ya “Hizbullah”ın yenidən qruplaşma cəhdini dərhal havadan bombardman edəcək. Faktiki olaraq, Livanın cənubu 10 gün müddətinə “hərəkət edən hər şeyin hədəf olduğu” bir zona statusunda qalacaq.

Rəsmi Təl-Əviv bu 10 günü Livan hökuməti üçün bir “imtahan müddəti” kimi müəyyən edib. Əgər bu qısa zaman kəsiyində rəsmi Beyrut “Hizbullah”ın silahsızlaşdırılması prosesinə başlamasa, İsrail ordusu 10 günün tamamında Livanın hərbi və mülki infrastrukturuna qarşı daha sarsıdıcı və genişmiqyaslı hücumlar vəd edir.

Donald Trampın “10-cu sülh missiyası” adlandırdığı bu cəhd, reallıqda Livan hökumətini küncə sıxışdıran bir diplomatik gedişdir. İndi bütün dünyanın diqqəti aprelin 17-si Bakı vaxtı ilə saat 01:00-a dikilib. Bu, sülhün başlanğıcı olacaq, yoxsa daha böyük bir müharibənin taymeridir? Bunu yaxın 240 saat göstərəcək.

Natiq Səlim,
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://konkret.az
archiveBu xəbər 16 Aprel 2026 21:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see275

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see273

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see267

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see263

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see246

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see238

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see215

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see209

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see206

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see206

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see203

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see201

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see199

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see198

PISA da “Sinqapur sindromu” Şəmil Sadiq yazır

11 Sentyabr 2026 01:22see183

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see180

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see176

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see176

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see169

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri