İsrailin Qəzzada həyata keçirdiyi hücumlarda 189 jurnalist həyatını itirib
Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.
İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirən mətbuat mənsublarının sayı 189-a yüksəlib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Hökumətin Qəzzadakı Media Ofisindən verilən yazılı açıqlamada 7 oktyabr 2023-cü ildən İsrail ordusunun hücumuna məruz qalan Qəzza zolağında öldürülən jurnalistlərlə bağlı məlumat verilib.
Nəhayət, Qəzza İslam Universitetinin Jurnalistika və Media fakültəsinin müəllimi, jurnalist Vail İbrahim Əbu Kafenin İsrailin hücumları nəticəsində həyatını itirdiyi bildirilib.
İsrailin Qəzza zolağında fələstinlilərə qarşı soyqırıma başladığı 7 oktyabr 2023-cü ildən bəri həyatını itirən mətbuat mənsublarının sayı yenilənərək 189-a çatıb.
Bəyanatda beynəlxalq ictimaiyyətə və dünyada jurnalistika ilə bağlı beynəlxalq təşkilatlara İsrailin törətdiyi cinayətlərə görə beynəlxalq məhkəmələrdə iddia qaldırması, soyqırım cinayəti və fələstinli jurnalistlərin qətl və sui-qəsdlərini dayandırması üçün təzyiq göstərməyə çağırılıb.
Orxan Saffari
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 23 Noyabr 2024 17:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















