“İsrailin Qəzzanı zəbt etməsi əməliyyatı sonsuz müharibə deməkdir” Makron
Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
“İsrailin Qəzzanı ələ keçirmək əməliyyatı bölgədə fəlakətə və sonsuz müharibəyə gətirib çıxara bilər”.
525.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron İordaniya kralı II Abdullah və Misir lideri Əbdülfəttah əs-Sisi ilə telefon danışığından sonra “X” hesabında yazıb.
"İsrailin Qəzzada hazırladığı hərbi əməliyyat hər iki xalq üçün yalnız real fəlakətə səbəb ola və bölgəni daimi müharibəyə sürükləyə bilər", - Makron əlavə edib.
Fransa prezidentinin sözlərinə görə, söhbət zamanı o, Misir və İordaniya liderləri ilə eyni qənaətə gəlib ki, yalnız Qəzzada daimi atəşkəsin olması, bütün girovların azad edilməsi, Qəzza sakinlərinə humanitar yardımın çatdırılması və HƏMAS-ın tərksilah edilməsi münaqişəyə son qoya bilər.
Makron hesab edir ki, Fransa, Misir, İordaniya və digər regional tərəfdaşlar Qəzzada sabitliyi təmin etmək üçün beynəlxalq missiyanı həyata keçirməli, İsrail və Fələstin xalqlarının istəklərinə cavab verən siyasi həll yolunda çalışmalıdırlar.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 20 Avqust 2025 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















