İsrailin Qəzzaya endirdiyi zərbələr 34 nəfərin həyatına son qoyub
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
İsrailin hava hücumları nəticəsində son 24 saat ərzində Qəzza zolağının müxtəlif bölgələrində azı 34 nəfər həlak olub.
APA xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə, İsrail ordusunun Cəbəliyyə, Deyr əl-Bələh, Qəzza, Xan Yunis şəhərləri və onlara bitişik yaşayış məntəqələrini atəşə tutması, bombalaması və basqınları zamanı azı 34 fələstinli həlak olub.
Qəzza zolağının Səhiyyə Nazirliyi bildirir ki, İsrailin 2023-cü ilin oktyabrından bu yana bölgəyə hücumları nəticəsində ölənlərin ümumi sayı 50 357 nəfərə çatıb, 114 400 nəfər isə yaralanıb.
Atəşkəs razılaşmasının müddətinin başa çatmasından sonra İsrailin anklavda döyüşləri bərpa etdiyi 2025-ci il martın 18-dən bu yana bölgədə 1000-dən çox insan həlak olub, 2359 nəfər isə yaralanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 01 Aprel 2025 06:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















