İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 52 908 ə yüksəlib
Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.
İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saatda 46 nəfər artaraq 52 min 908 nəfərə çatıb.
Xalqcebhesi.az xəbər verir ki, Qəzzada Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada İsrailin davam edən hücumlarında ölən və yaralananlarla bağlı son məlumat paylaşılıb. Qeyd olunub ki, son 24 saat ərzində Qəzzada 46 nəfər ölüb, 73 yaralı xəstəxanalara çatdırılıb.
Yanvarın 19-da Qəzzada razılaşdırılmış atəşkəsi pozan İsrail ordusunun 18 martdan bu yana həyata keçirdiyi hücumlarda 2780 fələstinlinin həyatını itirdiyi, 7680 nəfərin isə yaralandığı bildirilib.
2023-cü il oktyabrın 7-dən etibarən İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayının 52 min 908 nəfərə, yaralı sayının isə 119 min 721 nəfərə yüksəldiyi bildirilib.
Qəzza zolağında dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilir.
Məryəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 13 May 2025 16:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















