İsrailin Suriyadakı hücumları Ağ Evi narahat etdi KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Donald Tramp administrasiyası İsrailin Suriya daxilindəki fəaliyyətlərindən narahatdır.
KONKRET.az xəbər verir ki, bu barədə “Axios” portalına adı açıqlanmayan ABŞ rəsmiləri danışıb. Bu narahatlıqların ABŞ prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığından sonra ortaya çıxdığını söyləyiblər.
Rəsmilər Ağ Evin Suriyaya hücum barədə əvvəlcədən məlumatlandırılmadığını bildiriblər. Onların sözlərinə görə, Tramp administrasiyası İsrailin hücumlarının ölkədəki sabitliyi poza biləcəyindən və İsrail ilə Suriya arasında potensial təhlükəsizlik müqaviləsi perspektivlərini sarsıdacağından narahatdır.
Bununla yanaşı, Suriya ictimaiyyətinin də hücumlarda uğradığı itkilərə görə qisas tələb etdiyi qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 02 Dekabr 2025 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















