Icma.az
close
up
RU
İsrailin tarixi qələbəsi odur ki, İrana böyük zərbə vurub Zərdüşt Əlizadə

İsrailin tarixi qələbəsi odur ki, İrana böyük zərbə vurub Zərdüşt Əlizadə

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

İsrailin Baş naziri Benyamin Netanyahu xalqa müraciəti zamanı İsarilin İran üzərində tarixi qələbə qazandığını bildirib.

Politoloq Zərdüşt Əlizadə mövzu ilə bağlı Redaktor.az-a açıqlaması zamanı bildirdi ki, İsrail Qərbin Yaxın Şərqi nəzarətdə və əsarətdə saxlamaq mexanizmi üçün yaradılıb:

"Latın Amerikasından, Rusiyadan, Azərbaycandan bütün yəhudiləri yığıb Fələstin torpaqlarında məskunlaşdırdılar. Fələstinliləri isə qovdular. Onlar 80 ildir ki, qaçqın taleyini yaşayırlar. Yəhudilərə silah, sənaye, elm, pul hər şey verdilər. İsrail bütün qonşuları ilə müharibə aparır. Fələstin xalqının BMT qətnaməsi ilə təsdiq olunan dövlət yaratmaq hüququnu tanımır. İsrailin məsuliyyəti ərəb və fələstinliləri bir-biri ilə vuruşdurmaqdır. Fələstinliləri həbs edib, məhkəməsiz zindanlarında saxlayırlar. Media aləmindəki üstünlüklərindən istifadə edib ərəbləri terrorçu vəhşi kimi təqdim edirlər".

Politoloq hesab edir ki, terrorçu dövlət İsrail özüdür:

"Azərbaycan 2020-ci ildə Qarabağı azad etmək üçün əməliyyata başlayandan Ermənistan bildirmişdi ki, Azərbaycan bizə təcavüz edir. Eynilə ərəb torpaqlarını işğal edən İsrail həmişə iddia edir ki, onun işğalçı siyasətinə qarşı gələn ərəblər terrorçudurlar. İsrail işğalına müqavimət göstərən ölkə İrandır. Hərçənd ki, İran yalnız və yalnız beynəlxalq hüquqa söykənir. İran, nüvə silahının yayılmaması haqqında müqaviləni imzalayıb. İsrail isə imzalamayıb. ABŞ və İsrail İranın nüvə silahından danışırlar. Olmayan şeyin nəyindən danışırsınız? Son müharibədə İranın məğlubiyyəti ondan ibarət oldu ki, İran müttəfiqsiz qaldı. İsrail və Amerika beynəlxalq hüququ pozsalar da, Avropa onları müdafiə etdi".

Zərdüşt Əlizadə vurğuladı ki, beynəlxalq banditizmə Qərb dünyası bütövlükdə dəstək verdi.

"O Qərb dünyası ki, bizə hüquqlardan dərs keçir. İsrailin tarixi qələbəsi odur ki, İrana böyük zərbə vurub, nüvə alimlərini öldürüb, nüvə obyektlərini bombalayıb, hava müdafiə sistemini dağıdıb. Amerikanı açıq hərbi münaqişəyə cəlb etdi. Bu, İsrailin qələbəsi sayıla bilər", - deyə müsahibimiz bildirdi.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 İyun 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see542

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see445

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see434

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see313

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see301

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see294

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see293

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see289

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see282

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see255

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see253

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see249

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see245

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see245

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see244

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see241

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see238

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri