Icma.az
close
up
RU
İsrailin Türkiyə ilə birbaşa hərbi qarşıdurmaya girmək potensialı yoxdur

İsrailin Türkiyə ilə birbaşa hərbi qarşıdurmaya girmək potensialı yoxdur

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


İsrailin Qətərin partaxtı Dohada HƏMAS qruplaşmasının siyasi simalarına qarşı həyata keçirdiyi hərbi əməliyyat regiondakı mürəkkəb geosiyasi vəziyyəti daha da qəlizləşdirən addımıdır. Təl-Əvivin yanaşmasının strateji dərinliyi bir neçə məqama bağlıdır. Bura Türkiyə-İsrail, İsrail-İran və İsrail - Ərəb dünyası arasında münasibətlərin ziddiyətli tərəfləri daxildir.
İlk növbədə onu qeyd etmək lazımdır ki, bu əməliyyat İsrailin HƏMAS - a yönəlik hərbi kompaniyasındakı qərarlığını təsdiq etməklə yanaşı qruplaşmanın sığındığı istənilən ölkənin hədəfdə olduğunu nümayiş etdirmək baxımından diqqət çəkir. Netanyahu hökuməti HƏMAS- ı tamamilə məhv etməklə Yaxın Şərqin siyasi gündəliyində yeni səhifə açmağı planlaşdırır. Təbii ki, indiki situasiyada qruplaşmanı dəstəkləyən əsas qüvvə Türkiyə-Qətər ikilisidir. İran ardıcıl zərbələrdən sonra regiondakı ən zəif bənddir. Onun hərbi-siyasi qanadları demək olar ki, sıradan çıxarılıb və Tehranın çəkilməsi fonunda mövcud boşluqları Ankara doldurur. Təl-Əvivin Ankaranın Suriyadan başlayan yayılmaq politkasına həm bu cür gedişlərlə zərbə endirməyə çalışır, həmdə Suriyada daxili parçalanma ssenarilərini qüvvətləndirməklə xaos yaradaraq qardaş ölkəni bataqlığa sürükləmək cəhdləri edir. Eyni zamanda İsrail ABŞ - Türkiyə yaxınlaşmasından da olduqca narahatdır.
İsrail rəsmiləri məlum əməliyyatı tək başlarına reallaşdırdıqlarını bildirsələr də, ABŞ prezidenti Donald Trampın açıqlaması Vaşinqtonun məsələdən xəbərdar olduğunu dəqiqləşdirir. Maraqlı nüans odur ki, Tramp niyə Netanyahuya mane olmadı? Hər kəs bilir ki, İsrail Birləşmiş Ştatların dəstəyi olmadan bu qədər rahat şəkildə hərəkət edə bilməz. Ancaq bu situasiya ilk növbədə ABŞ - Qətər, geniş spektrdə Ərəb ölkələri ilə münasibətlərə xələl gətirir. Tramp prezident seçildikdən sonra ilk işlərdən biri kimi Bayden-Blinken tandeminin Ərəb ölkələri əlaqələrdə yaratdığı çartları təmir etməyə başladı və ölkəsi üçün trliyonlarla dollar investisiya qoyuluşu sözləri aldı. İndi isə İsrailin hərbi kompaniyası ABŞ-ın həmin vəsaitlərdən məhrum olması riskini artırır. Çünki Ərəb dünyasının lokomotivləri olan Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər Ağ Evin Təl-Əviv üzərindəki rolunu demək olar ki, hər addımda hiss edir. Bu isə ABŞ-Ərəb ölkələri və Çin vektorunda Pekinə yeni fürsətlər yaradır.
Bununla yanaşı, mövcud situasiya İbrahim Sazişinin genişlənmə perspektivlərini də sual altında qoyur. Sanki elə bir görüntü yaranır ki, dünyada heç bir dövlət İsraili dayandıra bilməz və Təl-Əviv hədsiz dərəcədə sərbəstdir. Düzdür, əksər militarist düşüncəli yəhudi siyasətçilər növbəti hədəf kimi Türkiyəni qələmə verirlər. Lakin, reallıqda İsrailin Türkiyə ilə birbaşa hərbi qarşıdurmaya girmək potensialı yoxdur. Zənnimcə tərəflərin bir-birinin maraqlarına zərbə endirmək və kəşfiyyat xidmətlərinin görünməyən mübarizəsi bundan sonra daha da şiddətlənəcək.
Siyasi şərhçi Pərviz Mirizadə.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 12 Sentyabr 2025 00:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see260

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see207

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see199

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see189

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see173

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see159

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see157

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see152

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see151

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see150

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see146

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see146

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see144

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see144

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see143

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see140

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri