İsrailin Ümumi Əmək Federasiyasının nümayəndəsi AHİK də
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) İsrail Ümumi Əmək Federasiyasının nümayəndəsi Svetlana Alexandrova ilə görüş keçirilib.
Mərasimdə Azərbaycan həmkarlar ittifaqları tərəfindən işçilərin əmək və sosial-iqtisadi hüquqlarının qorunması, layiqli iş şəraitinin yaradılması, sosial tərəfdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən danışılıb və həyata keçirilən sosial layihələr barədə məlumat verilib.
İsrail Ümumi Əmək Federasiyasının nümayəndəsi Svetlana Alexandrova ölkəsində əmək hüquqlarının müdafiəsi sahəsində atılan addımlar, ittifaq üzvlərinin müalicəsi və istirahəti üçün yaradılmış şərait, eləcə də işçi hüquqları ilə bağlı qanunvericilik aktları haqqında danışıb. Qonaq Azərbaycan həmkarlar ittifaqları sistemində son dövrlərdə həyata keçirilən islahatları və tətbiq olunan yenilikləri yüksək qiymətləndirib.
Görüşdə bu cür qarşılıqlı səfərlərin və təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb, AHİK ilə İsrail Ümumi Əmək Federasiyası arasında əlaqələrin inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
Qabil YUSİFOĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 23 Yanvar 2026 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















