İsrailin yeni planı məlum oldu: Livana hücum, irana isə...
Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Ordu yüksək döyüş hazırlığı vəziyyətindədir və Livanla yanaşı İran istiqamətində əməliyyatların davam etdirilməsi planları mövcuddur.
Globalinfo.az xəbər verir ki, bunu İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir deyib.
Zamir bildirib ki, Baş Qərargahla birgə gələcək fəaliyyət planları artıq təsdiqlənib və vəziyyət mütəmadi olaraq qiymətləndirilir. Onun sözlərinə görə, həm Livanda, həm də İran istiqamətində əməliyyatlar davam edəcək.
General əlavə edib ki, ötən ay başlayan eskalasiyadan bu yana Hizbullah qruplaşmasının 1700-dən çox üzvü zərərsizləşdirilib. Zamir həmçinin bildirib ki, Cənubi Livanın Litani çayına qədər olan ərazisinin “Hizbullah” üçün məhv zonası elan edilməsi ilə bağlı göstəriş verib.
Əliyar Xəlil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 15 Aprel 2026 22:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















