“İsraillə bütün əlaqələrimiz kəsilib” Ərdoğan Yeni Çağ Media
Yenicag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı və Azərbaycan səfərlərindən qayıtdıqdan sonra təyyarədə jurnalistlərə müsahibə verib.
Yenicag.az xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatı-Ərəb Liqasının Ər-Riyadda keçirilən İkinci Fövqəladə Birgə Zirvə Toplantısındakı çıxışında Qəzza və Livandakı soyqırımlara toxunduğunu deyən Ərdoğan humanitar yardımların fasiləsiz və müntəzəm çatdırılmasının zəruriliyinə diqqət çəkdiyini qeyd edib.
Ərdoğan, “Bildiyiniz kimi, İsrailə qarşı təzyiqləri davam etdirmək və bu ölkəyə qarşı beynəlxalq hüquqa əsaslanaraq məcburedici tədbirlər görmək üçün çox çalışırıq. Dünyada İsrail vəhşiliklərinə ən sərt reaksiya verən ölkə bizik. Bu mövzuda ən konkret addımlar atan, o cümlədən ticarətin dayandırılması ilə yanaşı bütün əlaqələrini kəsən şübhəsiz Türkiyədir”, – deyib. /unikal
www.yenicag.az
Baxış sayı:139
Bu xəbər 13 Noyabr 2024 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















