İsrailli alimlər dərinin immun sistemində aktiv rolunu üzə çıxarıb
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 4 fevral, AZƏRTAC
İsrailli alimlər dəridə yerləşən “ZNF750” adlı genin həm dəri baryerinin formalaşmasını, həm də immun müdafiənin koordinasiyasını təmin etdiyini müəyyənləşdiriblər.
AZƏRTAC İsrailin TPS-IL informasiya agentliyinə istinadla xəbər verir ki, bu kəşf dərinin təkcə qoruyucu örtük deyil, həm də aktiv və əlaqələndirilmiş bir orqan olduğunu göstərir. Araşdırma sözügedən gen epitel hüceyrələrində IL34 zülalının istehsalının tənzimləndiyini və beləliklə, dərinin əsas immun hüceyrələri olan Langerhans hüceyrələrinin inkişafında mühüm rol oynadığını müəyyənləşdirib.
Alimlərin fikrincə, yeni araşdırma psoriaz və atopik dermatit kimi iltihabi dəri xəstəliklərinin mexanizmini daha yaxşı anlamağa və yeni müalicə üsullarının hazırlanmasına imkan verə bilər.
Tədqiqat “Cell Reports” jurnalında dərc olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 04 Fevral 2026 16:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















