Icma.az
close
up
RU
İsrailli girovlar bombardman nəticəsində dağıntıların altında qalıblar AÇIQLAMA

İsrailli girovlar bombardman nəticəsində dağıntıların altında qalıblar AÇIQLAMA

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Söhbət atəşkəs razılaşmasının tərkib hissəsi olan girovların və cəsədlərin tam olaraq qaytarılmasından gedir. 28 cəsədin qaytarılması razılaşdırılmışdı. Canlı girovlar tam olaraq qaytarılıb, ancaq cəsədlərin qaytarılmasında bəzi ləngimələr, problemlər var. Bu da onunla izah olunur ki, ölən İsrailli girovlar bombardman nəticəsində dağıntıların altında qalıblar".

Bu fikirləri Redaktor.az-a politoloq Natiq Miri HƏMAS və İsrail arasında cəsədlərin verilməsi ilə bağlı yaranmış problemdən danışarkən bildirdi.

"Dağıntıları qaldırmaq üçün xüsusi vəsait və avadanlıqlara ehtiyac var ki, HƏMAS-ın bu imkanları məhduddur. Bu günə qədər 10 İsrail cəsədi qaytarılıb. Geridə 18 və yaxud da 19 cəsədin qaytarılmasından söhbət gedir ki, bunun üçün də xüsusi əməliyyata, yardıma ehtiyac var. Bu kontekstdə artıq koordinasiya qrupu fəaliyyətə keçib. Xüsusilə də qonşu Misir bu yöndə aktiv fəaliyyət göstərir. Düşünürəm ki, bu da dağıntıların qaldırılması və onun altında qalan cəsədlərin çıxarılmasına yardım edə bilər. İsrailin verdiyi məlumatlar əsasında ABŞ-nin HƏMAS-ı ittiham etdiyi məsələ ölmüş cəsədlərin razılaşmaya uyğun tam olaraq qaytarılmaması məsələsidir", - deyə o, qeyd etdi.

Siyasi şərhçinin sözlərinə görə, bu məsələ sadəcə HƏMAS-ın istəyi ilə hərəkətə keçən məsələ deyil:

"Çünki ortada koordinasiya qrupu var ki, burada həm Misir, həm Türkiyə, həm də Qətər iştirak edir və bu prosesin sabotaj edilməsinə imkan vermək istəmirlər. Görünür ki, məsələnin həlli üçün hərtərəfli hərəkətə keçiləcək və ən azından israilli cəsədlərin qaldığı ərazilərdəki dağıntıların qısa müddət ərzində qaldırılması və cəsədlərin yoxlanılaraq təhvil verilməsinə başlanılacaq. Çünki bu sadəcə israilli cəsədləri əhatə etmir. İki il müddətində dağıdılan binaların dağıntıları altında 10 minə qədər qəzzalı qalıb. Bu cəsədləri çıxarmaq mümkün deyil. Cəsədlər çıxarılarkən onların genetikası, DNT-ləri yoxlanılacaq. Bununla bağlı Türkiyə də artıq hərəkətə keçib və xüsusi qrupu artıq Qəzzaya göndərib. Bu, bir gündə əmələ gələcək proses deyil. Əgər həqiqətən də bütün cəsədlər və sağ girovlar tam olaraq əldə olunmuş olsaydı, məsələni bir gündə həll etmək olardı."

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Oktyabr 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri