Icma.az
close
up
RU
İsrailli məhbus üsyan etdi: Netanyahu, həyatıma görə sən məsuliyyət daşıyırsan!

İsrailli məhbus üsyan etdi: Netanyahu, həyatıma görə sən məsuliyyət daşıyırsan!

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

Qəzzada israilli məhbus İsrailin baş naziri Binyamin Netanyahunun həyatından məsul olduğunu və məhbusların hərbi yolla xilas edilməsinin mümkün olmadığını bildirib.
Turkustan.az xəbər verir ki, İslami Cihad Hərəkatının silahlı qanadı olan Qüds Seriyasının Telegram hesabında yayımlanan video qeyddə israilli məhbus, "Mən Baron Barslavskiyəm. Mən Qüdsdənəm, İsrail ordusunda 21 yaşlı əsgərəm. Mən İslami Cihad Hərəkatının Qüds Seriyyası, İslami Cihad qanadının əsiriyəm"-deyə, bildirib.
Netanyahuya müraciət edən Barslavski hərbi təzyiqlə bir nəfər də olsun məhbusun geri qaytarılmadığına diqqət çəkərək, "İsrailin Qəzza zolağına tətbiq etdiyi hərbi təzyiqin nəticə verməyəcəyini" söylədi.
Barslavski İsrailin baş naziri Netanyahunun həyatından məsul olduğunu ifadə edərək, "Bizə nə edəcəksiniz? Bundan sonrakı addımlarınız nə olacaq? Hər gün bombalar yağır. Növbəti bombalar üstümə yağacaq. Baş nazir Netanyahu, mənim həyatım üçün siz cavabdehsiniz. Hərbi təzyiqlə məni buradan çıxarmaq şansınız yoxdur. Dünyanı alt-üst etsəniz də, məni hərbi əməliyyatla geri ala bilməzsiniz" deyib..
Barslavski ABŞ prezidenti Donald Trampa müraciət edərək, "Tramp, sən haradasan? Vədlərin haradadır? Bizə razılaşma ilə azad olacağımızı demədinmi? Niyə müharibəni dayandırmadın? Bütün Qəzzə dağıdıldı. Niyə mən və digər məhbuslar burada ölmək üçün qaldı? Biz insan deyilik? Məni düşün, Netanyahu. Sən orada evdəsən, bir ölkədən başqa bir ölkəyə gedirsən, mən isə burada psixoloji işgəncə görürəm. Xəstəxana yoxdur, kimsə məni xəstəxanaya aparmayacaq, mən öləcəyəm və sən məni bir qum çuxuruna qoyacaqsan, burada hər şey iyrəncdir, heyvanlar, ayaqlarımda gəzən siçovullar...”-deyə, əlavə edib.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 16 Aprel 2025 22:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri