İsrailli nazir Beyrutu yer üzündən silməyi təklif edir
Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İsrailin radilak sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Livanın paytaxtı Beyrutu bombalamağı və yer üzündən silməyi təklif edib.
“Yeni Sabah” xəbər verir ki, o, ölkəsinin Livanla sərhədinə gedib və orada bu bəyanatı səsləndirib.
O, xüsusi ilə Beyrutun güneyində yerləşən Dahiye yaşayış məntəqəsini tamamilə dağıtmağa çağırıb: “Buranı düm-düz etməliyik”. pizza mizza
Nazir deyib ki, əvvəllər Livanla atəşkəsin tam əleyhinə olub, indi də əleyhinədir:
“Biz burada şimal sərhədində, Shtula qəsəbəsindəyik və çox aydın, çox açıq şəkildə deyirik ki, Dahiye yerlə-yeksan edilməlidir, Dahiye yerlə-yeksan edilməlidir! Əvvəlki atəşkəsin dayandırılmasına qarşı idim, bu gün də deyirəm ki, onu mütləq yerlə-yeksan etməliyik.
İsrailin Baş naziri Benyamin Netanyahu, səni sevirəm. ABŞ Prezidenti Donald Trump, sənə də hörmətim var. Amma Dahiye tamamilə yerlə-yeksan edilməlidir”.
Baxış sayı:132
Bu xəbər 31 May 2026 22:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















